Ana səhifə / Şou Biznes / Ramazanın 13-cü günü:dua, imsak və iftar vaxtı

Ramazanın 13-cü günü:dua, imsak və iftar vaxtı

Sabah Ramazan ayının 13-cü günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:10-da, iftar isə saat 20:25-dədir.

Ramazan ayının 13-cü gününün duası:

“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin”.

Tərcüməsi:

“İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!”

Allah orucunuzu qəbul etsin!

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …

Bir cavab yazın