Bazar ertəsi , May 6 2024
Ana səhifə / Media / Tələbələr üçün yeni yataqxanalar tikiləcək

Tələbələr üçün yeni yataqxanalar tikiləcək

Təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması nəzərdə tutulub.

Bu, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında yer alıb.

Tədbirlər Planında ali təhsil müəssisələri tələbələri üçün yeni yataqxanaların tikilməsi, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq, təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin yaradılması, Təhsil müəssisələri üzrə nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması, təhsilalma sahəsində imkanları genişləndirmək üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri sisteminin yaradılması nəzərdə tutulub.(AzVision.az)

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …

Bir cavab yazın