Ana səhifə / Siyasət / Laçın şəhidləri yad olundu, Ermənistan bayrağı yandırıldı

Laçın şəhidləri yad olundu, Ermənistan bayrağı yandırıldı

Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri Laçının işğal günündə Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhlarına dualar oxunub, məzarların üzərlərinə gül dəstələri qoyulub.

Musavat.com-a qurumdan verilən məlumata görə, ziyarət iştirakçıları işğalçı Ermənistana nifrət əlaməti olaraq düşmən bayrağını yandırıblar. QAT sədri Akif Nağı mətbuat üçün açıqlamasında bildirib: “Laçının da işğalından 25 il ötür. Bu, çox böyük müddətdir. Artıq gözləməyə yer yoxdur. Müharibən başlamalı, yüzminlərlə şəhid vermək bahasına olsa da, torpaqlarımızı işğaldan azad etməliyik”.

Məlumata görə, ziyarətin sonunda polislə qarşıdurma yaranıb, amma gərginliyin qarşısını almaq mümkün olub. Tədbir zamanı saxlanılan olmayıb.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın