Ana səhifə / Siyasət / Sürücülərə qarşı tələblər sərtləşdi – Əsasnaməyə dəyişiklik

Sürücülərə qarşı tələblər sərtləşdi – Əsasnaməyə dəyişiklik

Nazirlər Kabineti “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”yə dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, əsasnamənin 1.3-cü bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilib:

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq edilmiş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar”.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın