Çərşənbə , May 8 2024
Ana səhifə / Media / Gəncədə güclü külək dağıntıya səbəb oldu – FOTOLAR

Gəncədə güclü külək dağıntıya səbəb oldu – FOTOLAR

Gəncədə güclü külək bir sıra fəsadlar törədib.
APA-nın qərb bürosunun məlumatına görə, külək nəticəsində Dədə Qorqud prospektində yerləşən iki çoxmərtəbəli binanın dam örtüyü uçub. Bəzi küçə və prospektlərdə yolun kənarına quraşdırılmış avtobus dayanacaqları aşıb.
Məlumata əsasən, güclü  külək şəhərin Adil Ziyadxanov küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyünü uçurub. Bundan başqa, Mahrasa bağında hündür ağaclar yaxınlıqdakı yaşayış evlərinin və obyektlərin üzərinə aşaraq, ciddi ziyan vurub.
Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə baş verən ərazilərə cəlb olunublar.


Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …

Bir cavab yazın