Ana səhifə / Kriminal / “Kreditlərlə bağlı problemlərhəllini tapmalıdır” – Əli Əhmədov

“Kreditlərlə bağlı problemlərhəllini tapmalıdır” – Əli Əhmədov

“İnsanları narahat edən yüksək kredit faizləri ilə bağlı Azərbaycan hökumətinin ciddi çalışmaları var”.

Bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov bildirib.

O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin hökumətin iclasında bildirdiyi kimi bank sektorunda olan yarıtmaz hallar ölkə iqtisadiyyatına böyük zərbə vurub:

“Bu, reallıqdır. Prezidentin təşəbbüsü ilə hazırda bank sektorunda sağlamlaşdırılma istiqamətində ciddi addımlar atılır. Təbii ki, bunların arasında kreditlərlə bağlı problemlər də həllini tapmalıdır. Banklar iqtisadiyyatın inkişafının damar sistemidir. Bank fəaliyyətini sağlamlaşdırmadan iqtisadiyyatın inkişafına nail olmaq mümkün deyil. Az faizli kreditlər olmadan sahibkarlığın inkişafına da dəstək vermək mümkün deyil. Bütün bunlar hamısı hökuməti ciddi şəkildə düşündürür. Obyektiv çətinliklər var, bununla bağlı ən düzgün qiyməti cənab prezident verib. Bu istiqamətdə çox ciddi addımlar atılır və güman edirəm ki, yaxın zamanlarda maliyyə-kredit sahəsində ciddi sağlamlaşdırmanı həyata keçirə biləcəyik”.

APA

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …

Bir cavab yazın