Ana səhifə / Kriminal / Türkiyəli nazir: “Bakı-Tbilisi-Qars dəmir yolu iyun ayında istifadəyə veriləcək”

Türkiyəli nazir: “Bakı-Tbilisi-Qars dəmir yolu iyun ayında istifadəyə veriləcək”

Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin həyata keçirilməsini şərh edib. “Anadolu” agentliyi xəbər verir ki, yolun açılışı bu ilin iyun ayına planlaşdırılır.

Ə.Arslanın sözlərinə görə, BTQ Türkiyənin şərq əyalətlərinin iqtisadi inkişafına töhfə verəcək: “Türk istehsalçılarının məhsulları Qarsdakı loqistik mərkəzdən dünyanın müxtəlif ölkələrində çatdırılacaq, bu da çatdırılma prosesini sürətləndirəcək və məhsulun maya dəyərini azaldacaq”.

Layihənin detallarına gəlincə, nazir qeyd edib ki, Qarsdan Bakıya bir dəmiryol xətti fəaliyyət göstərəcək, sonrakı mərhələdə daşımalar Qazaxstan və Türkmənistanın üzərindən Çinə qədər davam etdiriləcək. “Söhbət dəmir yolu vasitəsilə çox böyük həcmdə daşımalardan gedir”, – Arslan bildirib.

Həmçinin oxuyun

Beynəlxalq Bankın keçmiş rəhbərinin həbsdə aclığa başlayıb

15 ilə yaxın Beynəlxalq Banka rəhbərlik etmiş, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin aclıq …

Bir cavab yazın