Ana səhifə / Sosial / Prezident tanınmış aparıcı ilə görüşüb – FOTO

Prezident tanınmış aparıcı ilə görüşüb – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ümumrusiya Dövlət Teleradio Şirkətinin teleradio aparıcısı Vladimir Solovyovla görüşüb.

Vladimir Solovyov Bakıya ilk dəfə səfər etdiyini bildirərək paytaxtımızda sürətli inkişaf proseslərinin onda böyük təəssürat doğurduğunu və Bakının çox gözəl şəhər olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanda gedən inkişaf prosesləri barədə danışarkən qeyd etdi ki, ölkəmiz haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal işlər görülür. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın tarixi və bugünkü reallıqları barədə söhbət açaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırdı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ilə Rusiya arasında bütün digər sahələrdə olduğu kimi, humanitar əlaqələr, o cümlədən media sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.

Vladimir Solovyov ətraflı və dolğun informasiyaya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi, Azərbaycanda gedən proseslərlə yaxından tanış olmağın onun üçün böyük maraq doğurduğunu qeyd etdi.

Həmçinin oxuyun

Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur – VİDEO

Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçasının müdirinin “fond pulu” tələb etdiyi iddia olunur. …

Bir cavab yazın