Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Araşdırma / Xaçmazda DƏHŞƏTLİ YANĞIN: Yataq xəstəsi son anda xilas oldu – VİDEO

Xaçmazda DƏHŞƏTLİ YANĞIN: Yataq xəstəsi son anda xilas oldu – VİDEO

Xaçmazda yaşayış evi yanıb.

ARB Şimal xəbər verir ki, hadisə Xaçmazın Hacı Zeynalabdin Tağıyev küçəsi ev 7 ünvanında baş verib.

64 yaşlı Abbasov İbrahim Heydərəli oğluna məxsus 2 mərtəbəli yaşayış evi yanıb. Evin yanmasına səbəb qaz sobası olub. Sobanın üzərinə düşən pərdə alovlanaraq tez bir zamanda evi də əhatə edib.

Qərənfil Şərifova (Zərərçəkən): “Yoldaşımın əmisiqızı qazı yandırmaq istəyəndə birdən uqar verib qapıb bunu. Onnan sora qorxub”

Yanğın hadisəsi baş verən evdə 10 nəfər yaşayır. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Yanğın baş verən evdə yataq xəstəsi də olub. Xəstəni ətrafdakı insanların köməkliyi ilə çətinliklə də olsa həmin evdən çıxartmaq oliub.

Yanğın zamanı evdə olan əşyaların az bir hissəsini çıxarmaq mümkün olub. Ümumilikdə ev sahibinə 20-25 min manat dəyərində ziyan dəyib.

Faktla bağlı araşdırmalar aparılır.

Həmçinin oxuyun

Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı – SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 

Sabiq deputat, eks səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız …

Bir cavab yazın