Bazar ertəsi , May 6 2024
Ana səhifə / Araşdırma / Məşhur aktrisa həbs olundu

Məşhur aktrisa həbs olundu

Polisə müqavimət göstərməkdə ittiham olunan məşhur aktrisa Nurseli İdiz həbs olunub.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hava limanında saxlanılan aktrisa ifadə vermək üçün İzmir Ədliyyəsinə gətirilib. 5 saat polis idarəsində saxlanılan İdiz mətbuata verdiyi açıqlamada bunları deyib: “İstanbulda polisə müqavimət göstərmək ittihamı ilə haqqımda məhkəmə işi açılmışdı. Saxlanıldıqdan sonra polislər tərəfindən İzmir Ədliyyə binasına gətirildim. Burada 2 saat gözlədikdən sonra 27-ci Asliyə Cəza Məhkəməsində hakim önünə çıxdım. Hakim polisə müqavimət səbəbiylə haqqımda saxlanma qərarı olmadığını, başqa proseslə əlaqədar ifadə verməli olduğumu dedi. Mən də müddət verilərsə, ifadə verməyə gedəcəyimi söylədim. Bir həftəlik müddət verildikdən sonra polis tərəfindən sərbəst buraxıldım. Səhv nəticəsində saxlanıldım”.

Həmçinin oxuyun

Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı – SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 

Sabiq deputat, eks səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız …

Bir cavab yazın