Cümə axşamı , May 9 2024
Ana səhifə / İqtisadiyyat / Ermənistan “Eurovision-2017”yarışmasına buraxılmaya bilər…

Ermənistan “Eurovision-2017”yarışmasına buraxılmaya bilər…

Ermənistanı “Eurovision-2017”-də təmsil edəcək Artsvik Arutunyan musiqi yarışmasından kənarda qala bilər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı Ermənistada ajiotaj yaşanır.

Məlumata görə, müğənninin ilhaq olunmuş Krım ərazisinə qanunsuz səfər etməsi səbəbindən mümkündür ki, o, Ukraynanın ev sahibliyi edəcək yarışa buraxılmasın. Bununla bağlı Rusiya mətbuatında da məlumatlar dərc olunub və məsələ ciddi müzakirə mövzusudur.

Hazırda Ukraynanın təhlükəsizlik xidməti ifaçının Krıma getməsi faktını araşdırır. Ukrayna daxili işlər nazirinin məsələhətçisi Anton Geraşenko deyib ki, əgər Arutyunyanın yarımadada olması sübuta yetirilsə, onunla bağlı fərqli qərar verilcək. Qeyd edək ki, Kiyevdə baş tutacaq konkursun yarımfinalı 9-11 may tarixlərində, final isə 13 mayda keçiriləcək. Artsvikin isə ilk yarımfinalda, “Fly with me” (“Mənimlə uç”) mahnısını ifa edəcəyi bildirilirdi.

Qeyd edək ki, Ermənistan 9 mayda Monteneqro, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, İsveç, Albaniya, Avstraliya, Azərbaycan, Kipr, Sloveniya, Moldaviya, Çexiya, Latviya, İslandiya, Yunanıstan və Polşa ilə birgə çıxış etməli idi.

Həmçinin oxuyun

Bakı-Tbilisi-Qars dəmiryolunda hərəkətin bərpa olunacağı vaxt açıqlandı

Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq. …

Bir cavab yazın