Ana səhifə / Kriminal / Minik avtomobilləri bahalaşıb

Minik avtomobilləri bahalaşıb

Azərbaycanda minik avtomobillərinin qiymətləri bu ilin fevral ayında əvvəlki ayla müqayisədə 0,6% artıb. Yanvar-fevral aylarında isə illik müqaysiədə qiymətlərdə 10% artım qeydə alınıb.

“Report”un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, fevralda minik avtomobillərinin ehtiyat hissələri də aylıq müqayisədə 0,9%, illik isə 12,4% bahalaşıb. Bu müddətdə ölkədə velosipedlərin qiymətində də artım qeydə alınıb. Belə ki, velosipedlər aylıq 1,4%, illik isə 15% bahalaşıb.
Xatırladaq ki, 2016-cı il yanvar-fevral aylarında minik avtomobillərinin qiymətində illik 8,8%, ehtiyat hissələrinin qiymətində 31,3%, velosipedlərdə isə 17,3% artım qeydə alınıb.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …

Bir cavab yazın