Bazar ertəsi , May 6 2024
Ana səhifə / Araşdırma / Azərbaycanlı iş adamının restoranı partladıldı – Özü isə yaralandı

Azərbaycanlı iş adamının restoranı partladıldı – Özü isə yaralandı

Ukraynanın Donetsk şəhəri ətrafında azərbaycanlı iş adamına məxsus restoranı partladılıb.

” Azinforum.az ” xəbər verir ki, Donetsk Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, hadisə martın 2-də baş verib. Partlayış nəticəsində restoranın sahibi, əslən Azərbaycanın Zərdab rayonundan olan 60 yaşlı İsmayıl Quliyev yaralanıb.

O, xəstəxanaya yerləşdirilib, müalicə olunur.

Hadisəni törədənlər maskalı olublar, onların kimliyi məlum deyil.

Qeyd edək ki, son vaxtlar Ukraynada azərbaycanlı iş adamlarına və onlara məxsus obyektlərə qarşı hücumlar, adam oğurluqları artıb, 25 azərbaycanlının naməlum şəxslər tərəfindən oğurlandığı bildirilir. Bu faktlarla bağlı Ukrayna Baş Prokuroluğu tərəfindən cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı – SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 

Sabiq deputat, eks səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız …

Bir cavab yazın