Ana səhifə / Kriminal / Xarici ticarət: ilk ayda artım qeydə alındı

Xarici ticarət: ilk ayda artım qeydə alındı

Dövlət Gömrük Komitəsi bu ilin yanvar ayına dair göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, yanvarda Azərbaycanın ticarət əməliyyatlarının həcmi ötən ilin ilk ayına nisbətən 16,79 faiz artıb.

İdxal əməliyyatlarının ötən ilin müvafiq dövrünə nisbətən 3,64 faiz artaraq 450 milyon ABŞ dollarından çox olduğu bildirilir.

İxrac əməliyyatlarında (804,6 milyon dollar) 2016-cı ilin yanvarına nisbətən 25,71 faiz artım olduğu qeyd edilir.

Bütövlükdə ticarət əməliyyatlarının həcmi 1 milyard 254,7 milyon dollar olub.

Hesabata görə, yanvar ayında 117 ölkə ilə ticarət əməliyyatı aparılıb.

Həmçinin oxuyun

Beynəlxalq Bankın keçmiş rəhbərinin həbsdə aclığa başlayıb

15 ilə yaxın Beynəlxalq Banka rəhbərlik etmiş, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin aclıq …

Bir cavab yazın