Ana səhifə / 2018 / İyun (səhifə 68)

Monthly Archives: İyun 2018

Rütbəsi alınan polkovnikin ailəsinin müraciəti rədd edildi

Həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun ailəsinin məhkəməyə müraciəti geri qaytarılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, onun arvadı Şəhla Ələkbərova ərinin əmlakının onlara qaytarılmasını tələb edib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərovun 1,3 milyon manatlıq əmlakı cinayət yolu ilə əldə edilmiş mülk kimi müsadirə edilib. Həmin əmlakların zərərçəkənlərdən yalnız Akif Qurbanova …

Ətraflı oxu »

Pozğun qadının əcaib rəqsi iki dostu qanlı davaya saldı – TƏFƏRRÜATLAR

“Barı Naxçıvan” mahnısını düzgün oynamamaq davaya səbəb olub. Dava kafedə baş verib. Zərərçəkmişə əvvəlcə bıçaqla, daha sonra is pivə bakalı ilə zərbə endiriblər. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham olunan 24 yaşlı Həsən Ağayev və 23 yaşlı Elvin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi …

Ətraflı oxu »

Şeyx məscidə nəvəsi ilə gəldi – FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bayram namazına nəvəsi ilə birlikdə gəlib. AzVision.az xəbər verir ki, şeyx və azyaşlı nəvəsi bayram namazını “Təzəpir” məscidində qılıb, dualar ediblər.

Ətraflı oxu »

Azərbaycan diasporu Gürcüstanda baş verən hadisələrdə hansı rol oynayır?

Azərbaycan–Rusiya Gənc Ekspertləri və Jurnalistləri Klubu Gürcüstanda soydaşlarımızın iştirakı ilə baş verən hadisələr, hökumətin istefası, TANAP-ın işə salınması ilə bağlı ekspert müzakirələri keçirib Müzakirələrə Azərbaycan –Rusiya Gənc Ekspertləri və Jurnalistləri Klubunun moderatoru Zaur Məmmədov, ekspertləri İlqar Vəlizadə, Zaur İbrahimli, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, energetika və təbii sərvətlər nazrinin keçmiş müavini …

Ətraflı oxu »

Nazirlikdə yeni MMC yaradıldı – Bu xanım direktor oldu

  Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” MMC təsis edilib.  “ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, şirkətin məqsədi fermerlərə metodiki tövsiyələrin verilməsi, tədarük şirkətləri ilə fermerlərin əlaqələrinin qurulmasına dəstək, fermerlərin bazara çıxışı istiqamətində məsləhət xidmətlərinin verilməsi, aqrar sahədə sosial məsuliyyət anlayışı çərçivəsində maarifləndirici xüsusi bülletenlərin və …

Ətraflı oxu »

General 2 kilometrlik bayraq daşıdı – Fotolar

Azərbaycan sərhədçiləri 15 İyun – Milli Qurtuluş Gününü qeyd ediblər. “Qafqazinfo”nun Dövlət Sərhəd Xidmətinə istinadən məlumatına görə, xidmətin rəisi general-polkovnik Elçin Quliyev Yevlax rayonundakı zəfər yürüşündə iştirak edib. Təntənəli düzülüşdən sonra 2 km uzunluqda olan Dövlət Bayrağı başda DSX-nin rəhbər heyəti, generallar və zabitlər olmaqla 2000 nəfərdən çox sərhədçinin çiyinləri …

Ətraflı oxu »

Jurnalist Ülviyyə Şamilqızını avtomobillə vuraraq öldürən sürücüyə hökm oxunub

Rusiyanın Həştərxan şəhərində azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) avtomobillə vuraraq öldürən sürücü Rüstəm Jaksakovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Bunu “Report”a açıqlamasında Ü.Şamilqızının hüquqi varisinin vəkili Fərid Həsənov deyib. Vəkil bildirib ki, Həştərxan vilayətinin Turusov Rayon Məhkəməsi iş üzrə hökmü elan edib. Hökmə əsasən, R.Jaksakov 1 il müddətinə azadlıqdan məhrum edilib. …

Ətraflı oxu »

Təyyarə və helikopterlər Bakı səmasında uçuşları davam etdirir

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri hərbi paradın məşqləri ilə bağlı uçuşları davam etdirir. APA-nın məlumatına görə, bu gün səhər saatlarında helikopter və təyyarələr Bakı buxtası üzərlərində növbəti uçuşlar həyata keçirib. Parad Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 iliyi münasibətilə iyunun 26-da Bakının “Azadlıq” meydanında keçiriləcək.

Ətraflı oxu »

İndira Qandi aerportunda 5 Azərbaycan vətəndaşı həbs edildi – QIZIL QAÇAQMALÇILARI, 3-Ü QADINDIR…

Hindistanın paytaxtı Dehlinin İndira Qandi Beynəlxalq Aeroportunda 5 Azərbaycan vətəndaşı həbs edilib. Virtualaz.org Hindistan mənbələrinə istinadən xəbər verir ki, onlar qızıl qaçaqmalçılığında ittiham olunur. Aeroportun gömrük komissarı Anubha Sinha bildirib ki, həbs edilənlərin 3-ü qadındır. Onların üzərindən 2,5 kiloqrama yaxın qızıl məmulatları aşkarlanıb. Saxlanılanlar qızılı gömrükdən gizlətməklə aerportdan keçirmək istəyiblər.

Ətraflı oxu »

Leyla Əliyevadan bayram təbriki

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Azinforum.az  xəbər verir ki, L.Əliyeva bu barədə İnstaqram hesabında yazıb: “Əziz dostlar, sizi Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Allah hamıya xoş günlər qismət eləsin. Arzu və diləklərinizə görə minnətdaram. Şərhlərdə şeirlər yazan izləyicilərimə minnətdaram. Bu, çox …

Ətraflı oxu »