Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / 2018 / İyun (səhifə 102)

Monthly Archives: İyun 2018

Bakının “Şanxay”ı sökülür – FOTOREPORTAJ

Bakının Nizami rayonu Keşlə qəsəbəsində yerləşən, “Şanxay” adı ilə tanınan ərazidə yaşayış evləri sökülür. Söküntü işlərinə bir neçə müddətdir ki, start verilib. Ərazidə bir çox evlər sökülsə də, yaxınlıqdakı mənzillərdə hələ də yaşayış var. Tarixə qovuşan “Şanxay”dakı evlərin demək olar ki, hamısı sənədsizdir. Məlumata görə, burada 4 mindən çox evin …

Ətraflı oxu »

Vasif Talıbovdan yeni nazir təyinatı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Hafiz Yaqubovun ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Vasif Talıbovun digər fərmanı ilə Mayis Əliyev Naxçıvanın ekologiya və təbii sərvətlər naziri təyin edilib. Qeyd edək ki, M.Əliyev bundan əvvəl həmin nazirlikdə şöbə müdiri vəzifəsində çalışıb.

Ətraflı oxu »

Naxçıvanda 11 min hektardan artıq ərazi düşməndən azad edilib – RƏSMİ

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib. Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib. Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında …

Ətraflı oxu »

Külək Bakıda keçirilən dünya çempionatına mane oldu

Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatında gənclər və Elit kateqoriyasının təsnifat yürüşləri təxirə salınıb. Virtualaz.org-un məlumatına görə, buna küləkli hava şəraiti səbəb olub. Qeyd edək ki, bugünkü yarışın saat 20:40-da keçirilməsi nəzərdə tutulmuşdu. Həmin yarışın sabah saat neçədə keçiriləcəyinə yaxın müddətdə qərar veriləcək.

Ətraflı oxu »

Roza Zərgərli də həkimlik oldu – VİDEO

Qalmaqallı “Maşın” şouda daha bir iştirakçı gərginliyə tab gətirməyib. Bu dəfə şounun “Qara dama”sı, müğənni Roza Zərgərlinin səhhətində problem yaranıb. İnzibati heyət onun üçün təcili yardım çağırıb. Həkimlərin müdaxiləsindən sonra Zərgərlinin səhhəti normallaşıb. Baku TV həmin görüntüləri təqdim edir.

Ətraflı oxu »

Beyləqanın icra başçısı ilə bağlı ŞOK İDDİA – Yazıçı Anarla yeyib-içəndən sonra…

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Beyləqan yazıçılarının dəvəti ilə Beyləqan rayonuna səfər edib. Beyləqanın icra başçısı Vaqif Abdullayev Azərbaycanın tanınmış yazıçısının şərəfinə böyük ziyafət verib. MilliYol-a bu barədə Beyləqandan daxil olan məlumata görə “Xan bağı” restoraında baş tutan ziyafətə rayon ictimaiyyətinin fəalalrı, rayon zoyalıları da dəvət olunub. Qonaqları Vaqif Abdullayevin …

Ətraflı oxu »

Bakının “qara siyahısı”ında olan məşhur jurnalist Strasburqda ölü tapıldı

Dünyanın məşhur teleaparıcısı, “CNN İnternational” kanalında yayımlanan “Parts Unknown” proqramının müəllifi, ötən il Azərbaycanın işğal altındakı ərazilərinə səfər edib erməni separatçılarını təbliğ etdiyi üçün Bakının “qara siyahısına” düşən Entoni Bourdain Fransada ölü tapılıb. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, aparıcısı olduğu proqramla bağlı çəkilişlər üçün Fransanın Strasburq şəhərində olan 61 …

Ətraflı oxu »

Ukraynalı deputatlar yenə əlbəyaxa oldular – Video

Ukrayna Ali Radasının deputatları yenə əlbəyaxa olublar. “Qafqazinfo” xəbər verir ki, deputatlar Yuri Bereza ilə Aleksandr Doljenkov iclas zamanı dava ediblər. Kadrlardan da göründüyü kimi, deputat Bereza “Müxalifət bloku”ndan olan həmkarına yaxınlaşaraq onun pencəyinin yaxasından yapışır. Qaydaları pozan millət vəkili daha sonra zaldan çıxarılır.

Ətraflı oxu »

Bakıda qalmaqal: Qızla intim münasibətdə oldu, evlənmədi

Bakının Xəzər rayonunda gənc qızın ağılsızlığı və sadəlövlüyü nəticəsində xoşagəlməz hadisə baş verib: evlənmək vədi qızı oğlanın oyuncağına çevirib. Bununla bağlı “Sputnik Azərbaycan” Xəzər rayon hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb. Məlumatlara görə, 1992-ci il təvəllüdlü rayon sakini T.X. aprelin 15-də gənc oğlanla evdən qaçıb. Həsənov (ad şərtidir – red.) qızla …

Ətraflı oxu »

Nərgiz Paşayeva vitse-prezident seçildi

Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən ümumi yığıncağında qurumun yeni vitse-prezidentləri, Rəyasət Heyətinin yeni üzvləri  seçilib.  “Qafqazinfo” nun məlumatına görə, AMEA-nın vitse-prezidentləri vəzifələrinə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva , Iradə Hüseynova seçki yolu ilə seçiliblər. Qeyd edək ki, İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq …

Ətraflı oxu »