Bazar ertəsi , May 20 2024
Ana səhifə / 2018 / Aprel (səhifə 104)

Monthly Archives: Aprel 2018

Bakıda uşaq parkdakı gölə düşdü

Bu gün səhər saatlarında Dədə Qorqud parkında yerləşən süni gölə uşaq düşüb. Bu barədə “Qafqazinfo”ya hadisə şahidləri məlumat verib. Onların sözlərinə görə, 4-5 yaşlarında uşaq velosipedlə gəzərkən müvazinətini itirərək gölə yıxılıb. Bu zaman yaxınlıqdan keçən gənc oğlan gölə tullanaraq uşağı xilas edib. Daha sonra balaca valideynlərinə təhvil verilib.

Ətraflı oxu »

Prezident Hacı Cavad məscidinin yeni binasının açılışında

Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi …

Ətraflı oxu »

Axtarışda olan 317 nəfər saxlanılıb

Aprel ayının 10 günündə respublika üzrə 981 cinayət faktı qeydə alınıb. Azinforum.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, aprel ayının 1-dən 10-dək axtarışda olduğuna görə 317 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Bu müddətdə cinayət törətməkdə şübhəli bilinən 248 nəfər saxlanılıb.

Ətraflı oxu »

“Hər hansı qanun pozuntusuna rast gəlmədik” – Umud Rəhimoğlundan seçki açıqlaması

Azərbaycanda prezident seçkiləri dinc və sakit şəkildə, müasir beynəlxalq standartlara uyğun şəkildə keçirilib. Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) respublika üzrə müşahidə missiyasının rəhbəri Umud Mirzəyev deyib. Missiya rəhbəri bildirib ki, müşahidələr zamanı prosesdə qanunsuzluq aşkarlanmayıb: “Hər hansı qeyri-qanuni təşviqat halına rast gəlinməyib, seçicilərə təzyiq halları baş verməyib. Seçkilərdə kütləvilik müşahidə …

Ətraflı oxu »

Lukaşenko İlham Əliyevi təbrik edib

Belarus prezidenti Aleksandr Lukaşenko dövlət başçısı İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb: “Səsvermənin nəticələri seçicilərin güclü və çiçəklənən Azərbaycanın quruculuğu üçün aparılan ardıcıl kursla həmrəylini nümayiş etdirdi. Əminəm ki, sizin dövlət başçısı kimi məsuliyyətli postda …

Ətraflı oxu »

MSK Prezident seçkilərinə aprelin 21-dək yekun vuracaq

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş Prezident seçkilərininə aprelin 21-dək yekun vuracaq. MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli “Report”a açıqlamasında deyib ki, qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiya …

Ətraflı oxu »

Jirinovski: “Həyəcanlanmayın, müharibə olmayacaq”

“ABŞ prezidenti Donald Tramp dünyanın ən qabiliyyətsiz prezidentidir”. Axar.az xəbər verir ki, bunu Rusiya Dumasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. “Tramp heç nəyi bacarmayacaq. Ya Konqres, ya da Senat ona izn verməyəcək. Tramp Tvitterdə oturur, çünki kabinetdə edəcək heç nəyi yoxdur. O, dünyanın ən bacarıqsız …

Ətraflı oxu »

“Seçkilərin legitimliyini şübhə altına alacaq faktla rastlaşmadıq” – Sergey Lebedev

“Azərbaycanda prezident seçkiləri yaxşı hazırlanıb və təşkil olunub”. APA-nın məlumatına görə, bu sözləri MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev deyib. O bildirib ki, MDB müşahidə missiyası martın 20-dən Azərbaycanda işləyir: “Əvvəlcə 20 uzunmüddətli müşahidəçi var idi. Səsvermə ərəfəsində yeni üzvlər də əlavə oldu. Ümumilikdə səsverməni 221 müşahidəçimiz izlədi. Bütün regionları …

Ətraflı oxu »