Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Jirinovski: “Həyəcanlanmayın, müharibə olmayacaq”

Jirinovski: “Həyəcanlanmayın, müharibə olmayacaq”

“ABŞ prezidenti Donald Tramp dünyanın ən qabiliyyətsiz prezidentidir”.

Axar.az xəbər verir ki, bunu Rusiya Dumasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Tramp heç nəyi bacarmayacaq. Ya Konqres, ya da Senat ona izn verməyəcək. Tramp Tvitterdə oturur, çünki kabinetdə edəcək heç nəyi yoxdur. O, dünyanın ən bacarıqsız prezidentidir. Bu biabırçılıqdır. Amerika bu gün bütün insanlıq üçün biabırçılıqdır. Onlar poliqon tapan kimi dərhal atəş açacaqlar.

ABŞ-la Rusiya arasında hərbi qarşıdurma mümkün deyil. Həyəcanlamağı dayandırın. Heç bir təhlükə yoxdur. Beynəlxalq münasibətlərin kəskinləşməsi ABŞ-ın zəifləməsiylə bağlıdır”, – deyə o bildirib.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …