Ana səhifə / 2018 / Mart (səhifə 48)

Monthly Archives: Mart 2018

“Küləkli hava şəraiti davam edəcək” – Proqnoz

Növbəti iki gündə Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, növbəti günlərdə ölkə ərazisində küləkli hava şəraitinin davam edəcəyi gözlənilir. Onun sözlərinə görə, ölkə ərazisində arabir güclənən qərb küləklərinin üstünlüyü müşahidə olunacaq: …

Ətraflı oxu »

ABŞ Ukrayna və Gürcüstana 726 milyon dollar ayırdı

ABŞ Konqresinin Nümayəndələr Palatası 2018-ci il üçün büdcə ayırmalarına dair qanun layihəsini qəbul edib. APA-nın xəbərinə görə, respublikaçılar və demokratlar mövcud maliyyə ili üçün 1,3 trilyon dollar həcmində büdcə barədə razılığa gəliblər. Ukraynaya ayrılan maliyyə yardımının ümumi miqdarı 620,7 milyon dollar təşkil edəcək. Bu barədə Ukraynanın ABŞ-dakı səfirliyindən açıqlama verilib. …

Ətraflı oxu »

“ELDAR MAHMUDOV KASETLƏRLƏ HƏDƏLƏYİR…” – Debatda sensasiyalı çıxışlar (VİDEO)

Prezidentliyə namizədlərin martın 21-də baş tutan üçüncü teledebatı da maraqlı çıxışlarla yadda qalıb. Azinforum.az-ın  məlumatına görə, ordu quruculuğu və təhlükəsizlikmövzusuna həsr olunmuş debatda, gözlənildiyi kimi, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində baş verənlər namizədlərin diqqət mərkəzində olub. Fikrimizcə, müzakirəyə çıxarılmış mövzu haqda ən məzmunlu çıxışı ADP sədri Sərdar Cəlaloğlu edib (Onun çıxışının videoyazısı …

Ətraflı oxu »

Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək

Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun hesabatı Milli Məclisə daxil olub. APA-nın məlumatına görə, hesabat parlamentin aprelin 3-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Hesabatı iclasda daxili işlər nazirinin müavini, milli koordinator, general-leytenant Vilayət Eyvazovun təqdim edəcəyi gözlənilir.

Ətraflı oxu »

Fevral ayında ətin qiyməti cüzi ucuzlaşıb – Rəqəmlər

Cari ilin fevral ayında yanvar ayına nisbətən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC–a bildirilib ki, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə sabit qalıb. Ay ərzində balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri 8,0 faiz bahalaşıb, …

Ətraflı oxu »

MSK: “Seçicilərin seçkidə iştirakını təmin etmək üçün zəruri tədbirlər görülür”

“Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkilərində bütün seçicilərin iştirakını təmin etmək üçün zəruri tədbirlər həyata keçirir”. APA-nın xəbərinə görə, bunu MSK-nın sədr müavini Natiq Məmmədov “Səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə Azərbaycan Respublikasının Prezidenti seçkilərinin təşkili” mövzusunda seminar müşavirədə çıxışı zaman deyib. Azərbaycanın ötən illər …

Ətraflı oxu »

“Brent” markalı neftin qiyməti 70 dollara yaxınlaşır

Bakı vaxtı ilə saat 10:20-də dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,17% və ya 0,75 dollar artaraq 65,05 dollar təşkil edib. “Report”un verdiyi xəbərə görə, birjalarda “Brent” markalı neftin qiymətində də artım qeydə alınıb. Bu markalı neftin bir barelinin qiyməti 0,97%, yaxud da 0,67 …

Ətraflı oxu »

20 günün qəza statistikası: 41 ölü, 113 yaralı

Mart ayının 20 günündə respublikanın avtomobil yollarında 81 yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara görə, mart ayının 1-dən 20-dək yol qəzalarında 41 nəfər ölüb, 113 nəfər isə xəsarət alıb. Qeyd edək ki, bu ilin 2 ayı (yanvar-fevral) ərzində 198 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda …

Ətraflı oxu »

Dünya çempionatına nə qədər bilet satılıb?

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına 2 milyona yaxın bilet satılıb. Bunu FIFA-nın nümayəndəsi Kolin Smit bildirib. O deyib ki, biletlərin 50 faizini xarici ölkələrin vətəndaşları alıblar. Dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.

Ətraflı oxu »

Qaraciyər üçün təhlükəli qidalar

Evlərdə ən çox istifadə edilən məhsullardan biri də günəbaxan yağıdır. Lakin aparılan araşdırma nəticəsində günəbaxan və balıq yağının qaraciyər üçün təhlükəli olduğu qənaətinə gəlinib. Oxu.az-bildirir ki, İspaniyalı alimlərin apardığı bir araşdırmaya görə, mütəmadi olaraq istifadə edilən günəbaxan və balıq yağı qaraciyəri yağlandırır. Araşdırmaya görə, spirtli içkidən sonra bu yağlar qaraciyərə …

Ətraflı oxu »