Bazar ertəsi , May 20 2024
Ana səhifə / 2017 / Dekabr (səhifə 15)

Monthly Archives: Dekabr 2017

Azərbaycanın ilk xəbər kanalı nə vaxt fəaliyyətə başlayacaq? – Açıqlama

“Arb Media Qrup” Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalı tenderinin qalibi olması ilə bağlı məlumat yayıb.   Kanalı Strateji inkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov bununla bağlı danışaraq kanalın gələcək perespektivlərini açıqlayıb: “Milli Televiziya və Radio Şurasının (MTRŞ) ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması …

Ətraflı oxu »

Son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb

“Son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb. Hazırda 3100 xəstə bu mərkəzdə daimi müalicə alır, onlardan 2977 nəfər talassemiya xəstəsidir” Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Nazirliyin geniş tərkibli kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov deyib. Şöbə müdiri bildirib ki, cari ildə …

Ətraflı oxu »

Təbrizin Azad İslam Universiteti Azərbaycanda filial açmaq niyyətindədir

“Təbrizin Azad İslam Universiteti Azərbaycanda filial açacaq”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Şərqi Azərbaycan əyaləti üzrə Azad İslam Universitetin rektoru Əziz Cavanpur bu gün keçirdiyi mətbuat konfransında bildirib. Ə. Cavanpur universitetin İranın Azərbaycandakı səfiri və bu sahənin məsul şəxsləri ilə bu haqda danışıqlar apardığını bildirib: “Universitet müxtəlif ixtisaslar, …

Ətraflı oxu »

Təmirə bağlanan metrostansiyalar nə vaxt açılacaq? – Video

Avqust ayından 47 yaşlı “Bakmil” stansiyasında başlanmış təmir-bərpa işlərinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Təmir müddətində stansiyanın fəaliyyətinin dayandırılmaması üçün işlər mərhələli şəkildə həyata keçirilir. Birinci mərhələdə stansiya platformasının qatarın üç vaqonunu əhatə edən 54 metrlik hissəsi bərpa edilir. Dəmir-beton konstruksiyalı platformanın qurulması üçün döşəmə örtüyü tamamilə sökülüb və hər 6 …

Ətraflı oxu »

Zərərçəkən: “Pulumu Eldar Mahmudov və Mövlan Şıxəliyevdən tələb edirəm”

Bu gün həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun apelyasiya məhkəməsi keçirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Qədim Babayevin icraatında olan prosesdə zərərçəkən Bahəddin Sultanov ifadə verərək V.Ələkbərovdan şikayətçi olmadığını deyib: “Mən 350 min dollar pulu xidməti otağında Mövlan Şıxəliyevə vermişəm. Vüsal Ələkbərovun bir günahı yoxdu. O sadəcə veriləm əmrləri icra edib. …

Ətraflı oxu »

ATƏT: Əliyev və Sarkisyanın görüşü vacibdir

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə baş tutmuş görüşü vacibdir və müəyyən mənada ümidvericidir. Bunu ATƏT-ə müsahibəsində bu təşkilatın fəaliyyətdə olan sədrinin Cənubi Qafqazda xüsusi nümayəndəsi Günrter Baxler deyib. Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT yekun status haqqında bir sıra prinsipləri müzakirə edir, amma danışıqların real xətti …

Ətraflı oxu »

Roqozin Bakıya təcili səfər etdi

Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Virtualaz.org xəbər verir ki, bu barədə Roqozin özünün “Facebook” səhifəsində bildirib. “Bakı. Ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın görüşünün yekunları üzrə Azərbaycan Prezidenti ilə danışıqlar”, – Dmitri Roqozin belə yazıb.

Ətraflı oxu »

Qəzet dövrü bitdimi, yoxsa hələ də oxuyanlar var – Baş redaktorlar nə deyirlər?

Azərbaycan mətbuatının əsası qəzetlə (Əkinçi qəzeti 1875-1877) qoyulsa da, texnologiyanın inkişafı bu gün çap mediasını geridə qoyur. Lakin Azərbaycanda fəaliyyət göstərən bir neçə qəzetin baş redaktorları son illər qəzet satışında stabillik olduğunu bildirirlər. “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, «Əməkdar jurnalist», Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı …

Ətraflı oxu »

Mehriban Əliyeva “İlin idman təşkilatçısı” seçilib

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2017-ci ilin idman laureatlarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “İlin idman təşkilatçısı” seçilib. Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov ilin idman xadimi olub. Rio-2016-nın gümüş mükafatçısı, güləşçi Mariya Stadnik, IV …

Ətraflı oxu »

“Nar”dan Yeni il endirimi: Limitsiz “Turbo” paketlərlə daha çox internet qazan!

Bayram günlərində “Nar” istifadəçiləri endirimli qiymətə daha çox internet əldə edə biləcəklər. Şirkətdən Azinforum.az-a  verilən məlumata görə, “Turbo” internet paketlərinin istifadəçilərinin yararlana biləcəyi endirimlər aşağıdakı kimidir: “Turbo S” paketi – 1 AZN, 200 MB (*777#02#YES) “Turbo M” paket – 2 AZN, 600 MB (*777#03#YES) “Turbo L” paketi – 3 AZN, …

Ətraflı oxu »