Təmir müddətində stansiyanın fəaliyyətinin dayandırılmaması üçün işlər mərhələli şəkildə həyata keçirilir. Birinci mərhələdə stansiya platformasının qatarın üç vaqonunu əhatə edən 54 metrlik hissəsi bərpa edilir. Dəmir-beton konstruksiyalı platformanın qurulması üçün döşəmə örtüyü tamamilə sökülüb və hər 6 metrdən bir yeni dayaqlar yerləşdirilib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə platformanın əks tərəfində təmir işləri birinci hissədə işlər yekunlaşdıqdan sonra aparılacaq. Bu həm də sərnişinlərin təhlükəsizliyi üçün vacibdir. Stansiya 2018-ci ilin ilk yarısından etibarən tam istifadəyə veriləcək.

Gələn ildən isə “Xətai”stansiyası təmirə bağlanacaq. 1968-ci ildən istifadədə olan stansiyada əsaslı təmir aprılacağı üçün təmir müddətində stansiya fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, hazırda təmirə bağlanan metronun “Sahil” stansiyasının 2018-ci ilin iyul ayının 1-də istifadəyə verilməsi planlaşdırılır.