Bazar ertəsi , May 20 2024
Ana səhifə / 2016 / Avqust (səhifə 38)

Monthly Archives: Avqust 2016

Gülənçilər azərbaycanlı tələbələri belə “ovlayıb”: – “Paltar, yemək, yer verirdilər”

Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilovun Fətullahçılarla bağlı AzNews.az-a verdiyi açıqlama böyük ajiotaj yaradıb. O, bildirib ki, Təhsil naziri işlədiyi müddətdə Türkiyəyə təhsil almaq üçün 2 min tələbə göndərib və həmin tələbələr sonradan Gülənçilər tərəfindən ələ keçirilib. Sabiq nazirin bu dedikləri həmin illərdə Türkiyədə təhsil alan şəxslərin böyük narazılığına səbəb …

Ətraflı oxu »

“Türkiyə bu əməliyyatla bölgədəki rolunu artıracaq”

Xəbər verdiyimiz kimi, Turkiyə ordusu bu gün səhər saatlarından Suriyanın Cerablus şəhərini İŞİD-dən təmizləmək üçün “Fərat Qalxanı” adı verilmiş hərbi əməliyyata başlayıb. Politoloq Elxan Şahinoğlu Moderator.az-a açıqlamasında Türkiyənin başlatdığı bu hərbi əməliyyatı şərh edib. E.Şahinoğlu bildirib ki, Türkiyə bu əməliyyatla bölgədəki rolunu artıracaq:  “Suriyadakı proseslər birbaşa Türkiyəyə mənfi təsir edirdi. …

Ətraflı oxu »

“Belə çıxır ki, kasıblar övladlarının təhsili üçün evlərini satmalıdır?” – Çarəsizlik

Avqustun 25-i ali təhsil müəssisələrinin ödənişli ixtisaslarına qəbul olan abituriyentlərin tələb edilən təhsil haqqını ödəmək üçün son günüdür. Bu da onların üzündəki təbəssümü sanki dondurub. Çünki təhsil haqqını ödəyə bilməyən abituriyentlər tələbə adından məhrum olacaq. 1-ci kurs olduğu üçün təhsil haqqının hissələrlə deyil, bütöv istənilməsi valideynləri çıxılmaz vəziyyətə salıb. Fantastik …

Ətraflı oxu »

Azərbaycanın seks simvolunun ərəblə -VİDEOSU YAYILDI

Tanınmış azərbaycanlı model, “Miss millenium” Validə Abbasova ad gününü qeyd edib. V.Abbasova sosial şəbəkədə paylaşdığı fotolarla diqqət cəlb edib. Dostları ilə birgə ad gününü qeyd edən model bu özəl gündə onun yanında olduqları üçün dostlarına təşəkkür edib. Modelin gecə əyləncəsi zamanı çəkilən foto və video maraqla qarşılanıb, modelə tərifdolu sözlər …

Ətraflı oxu »

Azərbaycanın turizm mərkəzində şort geymək qadağan edildi

İsmayıllının Lahıc qəsəbəsi Azərbaycanın Şirvan zonasının ən çox turist cəlb edən məkanlarından biridir. Turistlərin diqqətini cəlb edən bu qəsəbədə yerləşən qədim tikililər, tarixi abidələr və yerli əhalinin fəaliyyətdə olan sənətkarlıq emalatxanalarıdır. Sosial şəbəkələrdə paylaşılan fotoşəkildən məlum olur ki, qəsəbənin rəhbərliyi turistləri adət-ənənələrə riayət etməyə çağırmaqla yanaşı, qəsəbə ərazisində şortla gəzməyin …

Ətraflı oxu »

Türkiyə tankları Suriyaya girdi – İŞİD hədəfləri bombalanır+Fotolar

Xəbər verdiyimiz kimi, bu səhər Türkiyə silahlı qüvvələri Suriyanın şimalındakı Cerablus şəhərini İŞİD terrorçularından azadetmə əməliyyatına başlayıb. “Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, artıq bu ölkəyə məxsus tanklar Suriya ərazisinə daxil olub və İŞİD hədəflərini vurmağa başlayıb. Reuters agentliyinin yazdığına görə, hazırda Suriya ərazisində 6 türk tankı var.

Ətraflı oxu »

Zəlzələdə ölənlərin sayı 24-ə çatdı – 100 nəfər itkindir

İtaliyada bu gecə baş verən 6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 24-ə çatıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, azı 100 nəfər isə itkin düşüb. İtaliya prezidenti Serdjo Mattarella zəlzələ ilə bağlı Siciliyadakı səfərini yarıda qoyaraq təcili olaraq Romaya qayıdıb. Qeyd edək ki, dağıntılar İtaliyanın üç bölgəsində Latsio, Umbriya …

Ətraflı oxu »

Masazırda su problemi bitib-tükənmir

Verilən vədlər və illərlə davam edən problemlər Havaların normadan artıq isti keçməsilə əlaqədar insanların suya olan tələbatının artmasına baxmayaraq Abşeronun bəzi qəsəbə və kəndlərində su qıtlığı yaranıb. Artıq iki aya yaxındır ki, heç bir rəsmi açıqlama verilmədən Masazır əhalisi su sınağına çəkilib. İsti yay günlərində suyun qeybə çəkilməsinin səbəblərini araşdırmağa …

Ətraflı oxu »

Keçmiş MTN generalının “Çoban” restoranı bələdiyyə torpağında tikilib…

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevin  daha bir biznes obyektinin üzə çıxdığı iddia olunur. İddialara görə, MTN-nin sabiq baş istintaqçısı Xaçmaz – Xudat yolunun 20 kilometrliyində meşə sahəsini qanunsuz olaraq  zəbt edərək, orada restoran tikdirib. “Çoban” adlandırılan restoranı Mövlan Şıxəliyev qoruq sahəsi olan 3 …

Ətraflı oxu »

Rusiyada ermənini əvvəlcə döyüb pəncərədən aşağı atdılar

Rusiyanın Bryansk şəhərində gənc ermənini mənzilin pəncərəsindən aşağı atıblar. Virtualaz.org Bryansk informasiya agentliyinə istinadən xəbər verir ki, ötən bazar günü, avqustun 21-də səhər saat 6 radələrində gənc oğlanı əvvəlcə döyüblər, sonra isə pəncərədən aşağı atıblar. Zərərçəkmiş ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Ətraflı oxu »