Ana səhifə / 2016 / Avqust (səhifə 22)

Monthly Archives: Avqust 2016

Daşkəsən rayonunda təbii fəlakət baş verib

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev təbii fəlakət baş vermiş ərazilərdə olmuş, zərər çəkmiş sakinlərlə görüşmüşdür. Sakinlərlə görüş zamanı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev güclü ziyan dəymiş binalarla bağlı problemli məsələlərlə yerindəcə tanış olmuş, çıxış edərək demişdir: “Son bir neçə illər ərzində rayon ərazisində belə güclü …

Ətraflı oxu »

Azərbaycanda həyətində “pir ağacı” olduğunu iddia edən cadugər peyda olub

Bir qrup İsmayıllı şəhər sakini falçılıqla məşğul olaraq, insanları aldadan rayon sakini Musayeva Zümrüd haqqında redaksiyamıza şikayət ünvanlayıb.  Avropa.info xəbər verir ki, İsmayıllı rayon sakini Z. Musayeva insanlara yaşadığı evin həyətində “pir ağacı”nın olduğunu deyərək, onlarda onun üçün nəzir gətirmələrini istəyir. Şikayətçilərin yazdıqlarına görə, bu qadın yoxsul qadınların öz övladlarına …

Ətraflı oxu »

Putin Qarabağ problemini həll etmək istəyirmi? – TƏHLİL

Vladimir Putin 2000-ci ildə Rusiyada hakimiyyətə gəldikdə ilk xarici səfərini Azərbaycana reallaşdırdı və keçmiş prezident Heydər Əliyevlə geniş fikir mübadiləsi apardı. O illərdə Çeçenistanda müharibə gedirdi və Moskva çeçen savaşçılara xarici ölkələrdən dəstək verildiyini iddia edirdi. Moskva o illərdə hesab edirdi ki, çeçen savaşçılara yardımın bir hissəsi Azərbaycan üzərindən həyata …

Ətraflı oxu »

“Araz Əlizadə nəyə görə gedib öz işi ilə məşğul olmur?”

“Kimin əlinə bir balaca fürsət düşürsə, xalqın taleyi, problemləri qalır bir tərəfdə, bu xalqa düşmən kəsilirlər. Bu günlərdə mənə zəng vurdular ki, Araz Əlizadə bir müsahibə verib və həmin müsahibəsində deyir ki, Azərbaycanda heç bir tarixi şəxsiyyət olmayıb, heç bir qəhrəman yoxdur, Koroğlu da, Babək də, Qaçaq Nəbi də quldurdur, …

Ətraflı oxu »

Ermənistanda xərçəng xəstəliyinə tutulanların sayı artır

Ermənistanda xərçəng xəstəliyinə tutulma hallarının səviyyəsi son 20 il ərzində iki dəfə artıb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Milli Onkologiya Mərkəzinin direktor müavini Qaqik Bazikyan bildirib. “İyirmi il əvvəl ildə 4-5 min adam qeydiyyata alırdıqsa, indi bu göstərici təqribən 8700 nəfərə çatıb”, – deyə, o vurğulayıb. …

Ətraflı oxu »

Bakıda 100-dən çox ailənin həyatı təhlükədə: “Bu bina uçsa hamımız öləcəyik…”

Bu günlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi açıqladı ki, cari ilin birinci rübündə Bakıda su ilə dolu 238 zirzəmi aşkarlanıb. Həmin zirzəmilərin bir hissəsinə kanalizasiya xətlərində yaranan nasazlıq nəticəsində su dolub, digər hissəsini isə qurunt suları basıb. Virtualaz.org araşdırıb ki, üfunət, antisanitariya mənbəyi olan belə yaşayış binalarından biri də Binəqədi …

Ətraflı oxu »

Gülən Rəbiyət ilə İlhamı necə evləndirdi? – ARAŞDIRMA

Son zamanlarda qardaş Türkiyədə baş verən hərbi çevriliş cəhdi və bu istiqamətdə cərəyan edən hadisələr bütün dünyanın diqqət mərkəzindədir. Təhlükəlilik miqyasına görə “PKK” və “İŞİD”-dən az qala geri qalmayan Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə kəskin mübarizə aparan AKP iqtidarı vaxtilə bu təşkilat ilə birgə hərəkət etdiyi üçün təəssüflərini bildirir. Aznews.az …

Ətraflı oxu »

Manat nə vaxta qədər ucuzlaşa bilər? – TƏHLİL

Manatın devalvasiyası yenidən gündəmə gəlib, artıq bir sıra ekspertlər manatın növbəti devalvasiyasının tarixi, eləcə də dollara nəzərən məzənnəsi ilə əlaqəli rəqəmlər də səsləndirirlər. Əslində Azərbaycan manatı ABŞ dollarına nisbətdə hər gün devalvasiyaya uğrayır, yəni kiçik templərlə olsa da gündən-günə dəyərini itirir. Baxmayaraq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) son məlumatlarına görə, manatın …

Ətraflı oxu »

Nabran meşələrini zibilləyən kimlərdir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt” xidmətinə Nabran ərazisində məişət tullantılarının idarə olunmaması, eyni zamanda meşə ərazilərinə atılması barədə daxil olan məlumat dərhal şikayətçilərin iştirakı ilə yerində araşdırılıb. Nazirliyin mətbuat xidmətindən Azinforum.az-a verilən məlumata görə, şikayətçilər Xaçmaz rayonu Dalğalı kənd sakinləri E.Şahverdiyeva, S.İsgəndərova və həmin kənddə istirahət edən …

Ətraflı oxu »