Bazar ertəsi , May 13 2024
Ana səhifə / 2016 / Avqust (səhifə 120)

Monthly Archives: Avqust 2016

Moşunun 56 yaşlı Sedası — FOTO

“Bəxt üzüyü” filminin Sedası, aktrisa-müğənni Firəngiz Rəhimbəyova doğum gününü qeyd edib. Sənətçi Las Veqasda dostları və yaxınları ilə 56-cı doğum gününü keçirib. Xatırladaq ki, əslən Ağdamın Şişpapaqlı kəndindən olan Rəhimbəyova 23 ildir ki, qızı Raisa ilə birlikdə Amerikada yaşayır. O, bu ölkədə müğənni kimi fəaliyyət göstərir.(ölkə.az)

Ətraflı oxu »

XXXI Yay Olimpiya Oyunları açıq elan olundu

Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Bu gün Bakı vaxtı ilə saat 03:00-də başlanan mərasim “Marakana” stadionunda təşkil olunub. Açılış mərasimini braziliyalı məşhur rejissor Fernando Meirelyes və prodüser Daniela Tomas hazırlayıb. Bədii hissə başa çatdıqdan sonra komandaların paradını ənənəvi olaraq Yunanıstanın idmançıları açıb. Azərbaycan idmançıları …

Ətraflı oxu »

Nazirliyi müharibə əlillərinin fikri maraqlandırmır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ev tikintisilə bağlı müxtəlif şirkətlərlə 13 müqavilə bağlayıb. Nazirliyin məlumatına görə, ölkə rayonlarında 142 ədəd 1-3 otaqlı fərdi ev tikiləcək. Həmin evlərdə 405 otaq olacaq. Bağlanan müqavilələrin ümumi məbləği 9 mln. 638 min manat təşkil edir. Tender …

Ətraflı oxu »

Deputat 40 min dollar müqabilində 350 min dollar tələb edir – Vəkil

Xəbər verildiyi kimi, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Rüfət Quliyev sələmçiliklə məşğul olmaqda, faizə pul verməkdə ittiham olunur. Məlumatda bildirilir ki, deputat Rüfət Quliyev 2011-ci ildə bir dostunun vasitəsiylə Cəfərov Namiq adlı şəxslə münasibət qurub. Daha sonra onunla iki öhdəlik müqaviləsi bağlayaraq, aylıq 8-10 …

Ətraflı oxu »

Genefondumuzu dağıdan bazarlar – GMO məhsulları Azərbaycana necə keçir?

Bakı bazarlarında satılan məhsulların çoxu Geni Modifikasiya Olunmuş (dəyişdirilmiş) (GMO) qida məhsullarıdır. İndi bazarlarda yerli məhsullardan daha çox xaricdən gətirilən meyvə-tərəvəzlər var. Həmin məhsullar görünüşcə normal, lakin faydalı vitaminlərlə zəngin olmayan, geni dəyişdirilmiş məhsulladır. Mütəxəssislər hesab edirlər ki, həmin məhsulların tərkibində nitrat maddələr daha çox olur. Azad İstehlakçılar Birliyinin sədri …

Ətraflı oxu »

Türkiyənin tanınmış komediya aktyoru saxlanılıb

Türkiyənin tanınmış komediya aktyoru Atalay Dəmirçi saxlanılıb. “Report” xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. A.Dəmirçinin Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqəsinin olduğu ehtimal edilir. Qeyd edək ki, Türkiyədə dövlət çevrilişi cəhdindən sonra aktyorun Fətullah Gülənə yaxın olan Enes Kanter və Hakan Şükür ilə yazışmaları ortaya çıxıb.

Ətraflı oxu »

Ərdoğan: Türkiyə-Rusiya münasibətləri əvvəlki səviyyəyə qayıdacaq

“Ümid edirəm ki, Türkiyə-Rusiya münasibətləri əvvəlki səviyyəyə qayıdacaq”. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə görüşdən sonra keçirdiyi birgə brifinqdə deyib. Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini deyən Ərdoğan Nazarbayevin Ankara-Moskva münasibətlərinin normallaşması işinə töhfə verdiyini qeyd edib: “Əlaqələrimizdə problemlər …

Ətraflı oxu »

Eks-azərbaycanlı rektor vəzifədən çıxarıldı – Türkiyədə

Türkiyənin Giresun Universitetinin keçmiş azərbaycanlı rektoru, professor, doktor Aygün Əttar müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb. Ölkədə dövlət çevrilişi cəhdindən sonra Ali Təhsil Şurasının (YÖK) müraciəti əsasında aparılan istintaq tədbirləri çərçivəsində bu universitetin 21 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb və barələrində araşdırma başlanıb. Onların arasında azərbaycanlı professor da var. Qeyd edək ki, A.Əttar 4 …

Ətraflı oxu »

Təhsil Nazirliyində İlham Nağıyev müəmması…

Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Doğrudur, dərslər sentyabrın 15-də başlayacaq və hələ şagirdlərin sinif otaqlarına daxil olacağı günə bir aydan artıq vaxt var. Amma qaydalara görə yeni dərs ili avqustun sonlarından başlayır və məzuniyyətləri başa çatan müəllimlər şagirdlərdən xeyli əvvəldən məktəblərdə iş başında olurlar. Bundan başqa bu il …

Ətraflı oxu »