Ana səhifə / 2016 / İyun (səhifə 31)

Monthly Archives: İyun 2016

Nazirliyin səlahiyyətlərindən biri ləğv edildi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifələrindən biri ləğv edilib. AzVision.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb. Fərmana əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və …

Ətraflı oxu »

Həcc üçün ziyarət haqqı nağd şəkildə QMİ-yə ödəniləcək

Azərbaycanda bu il Həcc ziyarətinə gedəcək zəvvarlar ziyarət haqqını ilk dəfə olaraq bank vasitəsi ilə yox, nağd şəkildə Qafqaz Müsəlmanları İdarəsinin Həcc şöbəsinə ödəyəcəklər. QMİ-dən APA-ya verilən məlumata görə, ödənişlər birbaşa şöbəyə ediləcək və idarə tərəfindən zəvvarlara ödənişi təsdiqləyən qəbz veriləcək. Heç bir bank qəbzi, yaxud sənədi tələb olunmayacaq. Xatırladaq …

Ətraflı oxu »

Naxçıvanın sabiq milli təhlükəsizlik nazirinə 14 il həbs verildi

Naxçıvan Hərbi Məhkəməsində Muxtar Respublikanın həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Qasım Əliyev sədrlik edib. Qapalı keçirilən prosesdə sabiq nazirə hökm oxunub. Hökmə görə, Vəli Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, …

Ətraflı oxu »

Millimizin zorlamada ittiham olunan üzvü cərimələndi – Seks videosunu yaydığı üçün

Berlin məhkəməsi məşhur modelyer Gina Liza Lohfinki və onu zorlayan millimizin futbolçusu Pərdis Fərcadla onun dostu Sebastianı cərimələyib. “Qafqazinfo” “n24.de”yə istinadən xəbər verir ki, 2012-ci ildən aparılan araşdırmalardan sonra Lohfinkin şikayətini qəbul etməyiblər. Belə ki, 29 yaşlı modelyer zorlandığını iddia etsə də, məhkəmə bunu əsassız qəbul edib və Lohfinki 27 …

Ətraflı oxu »

“Bank Respublika” məhkəmə icraçısı ilə qanunsuz iş birliyində – ŞİKAYƏT VAR

Müxtəlif banklarla məhkəmə qərarlarının icra şöbələri əmkdaşları arasında şübhəli “sazişlərin” bağlanaraq, vətəndaşlara məxsus əmlakın qeyri-qanuni yollarla ələ keçirilməsi faktları artıq tendensiya halını almaqdadır. Bu günlərdə növbəti belə bir addım da “Bank Respublika” və Ədliyyə Nazirliyinin Nəsimi rayonu İcra Şöbəsi tərəfindən Bakı sakininə qarşı atılmışdır. Həm də indiyədək müşahidə etdiyimiz bir …

Ətraflı oxu »

Səhv ayağı kəsən həkim danışdı: “Hadisədir də, başıma gəlib”

Bakıda şəkərli diabet xəstəsinin qanqrena olan sol ayağının yerinə sağlam olan sağ ayağını kəsən Angioloji və Mikrocərrahiyyə Mərkəzinin cərrah həkimi Valeh Kərimov onunla bağlı səsləndirilən iddialara münasibət bildirib. Həkim ANS PRESS-ə açıqlamasında 82 yaşlı qadının hər iki ayağının qanqrena olduğunu deyib. Onun sözlərinə görə, xəstənin vəziyyəti çox ağır idi. Həkim …

Ətraflı oxu »

Jurnalistin anası: “Oğluma qarşı ittihamlar sübuta yetirilməyib”

“İki oğul böyütdüm, oxutdum, diplom verdim, amma indi xəstə vəziyyətimdə, tək qalmışam. Biri müəmmalı şəkildə dünyasını dəyişdi, o biri isə həbsdədir”. Bu sözləri Bizimyol.info saytına Zahidə Şirəliyeva deyib. O, “7gun.az” saytının rəhbəri Cavid Şirəliyevin anasıdır. Z.Şirəliyeva hesab edir ki, oğluna qarşı ittihamlar əsassızdır və sübuta yetməyib. Cavid Şirəliyevə qarşı irəli …

Ətraflı oxu »

Roma papası İrəvanda – Sarkisyanla birinci ledi qarşıladı

Roma papası Fransisk Ermənistanda üçgünlük səfərdədir. “Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, milli geyimdə olan uşaqlar papanı ərik və lavaşla qarşılayıblar. Roma papasını qarşılamaq üçün hava limanına prezident Serj Sarkisyan və ölkənin birinci xanımı da gedib. Səfər proqramına “erməni soyqırımı” qurbanları abidəsini ziyarət, Gümrü şəhərinə səfər, həmçinin İrəvan mərkəzi …

Ətraflı oxu »

Azərbaycanın valyuta bazarında gərginlik yaranıb – Dollar 2 manat ola bilər

Azərbaycanın nağd və nağdsız valyuta bazarında bu gün səhər saatlarından gərginlik yaranıb. Son iki həftədə dolların rəsmi məzənnəsinin yüksəlməsi ilə bu valyutaya yaranmış tələb bu gün, Böyük Britaniyanın Avropa İttifaqından ayrılması qərarının ardından daha da kəskinləşib. “Report” xəbər verir ki, dünya bazarında möhkəmlənən dollar Azərbaycanın valyuta bazarında da özünü hiss …

Ətraflı oxu »

Ağdaşı vahiməyə salan varlıq: insan, yoxsa ruh? – Psixoloqdan sensasion açıqlamalar

Son bir ayda Ağdaş rayon Qoşaqovaq kənd sakinlərini qorxuya salan qəribə varlıqlar peyda olub. Kənd sakinlərinin verdiyi məlumata görə, qeyri-adi varlıqlar bu gecə yenidən görünüblər. Hətta onları görən bir qadın özündən gedib. Qəribə varlıqlar yenə də həyətlərə girərək gəziblər. Sakinlərin sözlərinə görə, üzü saqqallı və çox hündür olan bu varlıqları tutmaq …

Ətraflı oxu »