Ana səhifə / 2016 / Aprel (səhifə 90)

Monthly Archives: Aprel 2016

“Bugünkü hadisələr bir daha sübut etdi ki…” – İsa Qəmbər

“Bu gün-2 apreldə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının vətən və torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir”. Bu sözləri Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər şəxsi hesabında yazıb. Siyasətçi dünən düşmənlə gedən döyüşlərdə həyatını itirən şəhidlərin ailəsinə başsağlığı …

Ətraflı oxu »

Müdafiə Nazirliyi: Təmas xəttində vəziyyət gərgin və stabildir

Təmas xəttində vəziyyət gərgin və stabildir. Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. V. Dərgahlı deyib ki, bu gecə erməni silahlı bölmələri Tərtər-Ağdərə və Xocavənd-Füzuli istiqamətində təmas xəttində olan əraziləri artilleriya atəşinə tutub. Ölən və yaralanan yoxdur. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə nəzarət edir.

Ətraflı oxu »

Bu gün TQDK ilk sınaq imtahanı keçirir

ələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün 30 şəhər və rayonda sınaq imtahanları keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz, Qazax, Tovuz, Yevlax, Zaqatala, Tərtər, Kürdəmir, İsmayıllı, …

Ətraflı oxu »

Bu gündən etibarən qar və yağış geri qayıdır

Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək. Ölkə ərazisində hava şəraiti dəyişir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. …

Ətraflı oxu »

Dünya mətbuatı döyüşlərdən nə yazır? – MEDİA

Aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr Britaniya medyasının da diqqət mərkəzindədir. Ölkənin “BBC”, “The Independent” kimi nüfuzlu KİV-ləri cəbhə xəttində yaranan gərginlik barədə son məlumtaları işıqlandırıblar. The Independent qəzetində verilən xəbərdə “Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və iyirmi ildən çoxdur ki, erməni separatçıların nəzarətindədir” …

Ətraflı oxu »

NEMƏT PƏNAHLI XALQA MÜRACİƏT ETDİ: “Hamını dövlətin yanında olmağa çağırıram”

Bir neçə gün öncə məhbəsdən azadlığa biraxılan MDP sədri Nemət Pənanlı bu dəqiqələrdə Azərbaycan xalqına müraciət edib. Azinforum.az-a daxil olan müraciətdə deyilir: “Ötən gün ərzində və bu satların özündə də cəbhə bölgələrində vəziyyət gərgin olaraq qalır və görünəni odur ki, irimiqyaslı döyüş əməliyyatları həyata keçirilir. Olduğca ziddiyyətli xəbərlər gəlməkdədir və …

Ətraflı oxu »

“Associated Press” rus və ermənilərin iddialarını alt-üst etdi…

Ermənistan tərəfinin təxribatı nəticəsində cəbhə xəttində yaranan gərginlik dünya mediasının diqqətindədir. Dünya mediası Azərbaycan ərazilərinin işğalına dair reallıqları əks etdirən xəbərlər yayır. Nüfuzlu Associated Press beynəlxalq informasiya agentliyi cəbhədəki son vəziyyətlə bağlı yaydığı xəbərdə “Dağlıq Qarabağ separatçı regionu”,“Ermənistan ordusu Dağlıq Qarabağı və ətraf rayonları işğal edib”,“Azərbaycan regionu olan Dağlıq Qarabağ …

Ətraflı oxu »

Daha 6 erməni reanimasiyada – adlar

Ermənistanın rəsmi qurumları son sutka ərzində Azərbaycan ordusu ilə gedən ağır döyüşlər nəticəsində qeydə alınan itkiləri gizlətsə də, yerli mətbuat real vəziyyətlə bağlı xəbərləri tirajlamaqdadır. Düşmən ölkənin KİV-ləri Dağlıq Qarabağın tibb mərkəzlərinə yerləşdirilən bir sıra yaralıların adlarını açıqlayıb. Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, yaralı ermənilər Tsоvinаr Аğаcаnyan (1961-ci …

Ətraflı oxu »

Müdafiə Nazirliyi: Cəbhədə əməliyyat şəraitinə tam nəzarət olunur

“Cəbhədə əməliyyat şəraitinə tam nəzarət olunur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. “Ötən gecə və gündüzlə müqayisədə hazırda cəbhə bölgəsində vəziyyət stabildir”, – deyə Vaqif Dərgahlı qeyd edib. Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış …

Ətraflı oxu »