Ana səhifə / Sosial / “Bugünkü hadisələr bir daha sübut etdi ki…” – İsa Qəmbər

“Bugünkü hadisələr bir daha sübut etdi ki…” – İsa Qəmbər

“Bu gün-2 apreldə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının vətən və torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir”.

Bu sözləri Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər şəxsi hesabında yazıb.

Siyasətçi dünən düşmənlə gedən döyüşlərdə həyatını itirən şəhidlərin ailəsinə başsağlığı verib:

“Bugünkü hadisələr bir daha sübut etdi ki, Azərbaycan istər siyasi, istərsə də hərbi yolla öz ərazi bütövlüyünü bərpa etməyə qadir və layiqdir. Yetər ki, Moskvanın Cənubi Qafqaza müdaxiləsi aradan qaldırılsın, Rusiya özünün çoxsaylı problemləri ilə məşğul olsun.

Tanrı Şəhidlərimizin ruhunu şad eləsin!

Tanrı Azərbaycanımızı qorusun!”

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın