Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Mirşahin reanimasiyadadır

Mirşahin reanimasiyadadır

ANS şirkətlər qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev yanvarın 23-də ürək tutması ilə 1№-li Klinik xəstəxanaya çatdırılmışdı. Axşam məşhur jurnalistin halı pisləşib və o, reanimasiya şöbəsinə keçirilib.
 Xatırladaq ki, yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu “Hesabat” verilişinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.
 Elə həmin gün Mirşahin Ağayev mətbuat konfransı keçirmiş və MTRŞ-nın qərarını qeyri-qanuni adlandıraraq, söz azadlığına və demokratiyaya zərbə kimi qiymətləndirmişdi.
 Dünən MTRŞ keçirdiyi mətbuat konfransında bu qərarın ləğb edildiyini açıqlayıb. Virtualaz.org

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın