Ana səhifə / Kriminal / Qanunsuz ov etmək istəyənlər 3 min cərimələndi

Qanunsuz ov etmək istəyənlər 3 min cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Biləsuvar rayonunun Platina adlanan ərazisində icazəsiz ova cəhd edən şəxsləri saxlayıblar.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Cənnət Zamanov, Ruxi Hüseynov və Zərdab rayon sakini Cavid Sadıqov olduğu müəyyən edilib və onlardan ov tüfəngləri götürülüb.

Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 3000 manat məbləğində cərimə tətbiq edilib.

Həmçinin oxuyun

Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır …