Şənbə , May 11 2024
Ana səhifə / İdman / Messinin baş məşqçisi aşpazı zorlayıb – Şok iddia

Messinin baş məşqçisi aşpazı zorlayıb – Şok iddia

Dünya çempionatına azsaylı günlər qalmış Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli haqda şok məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, ölkənin jurnalisti Qabriel Anelyonun iddiasına görə, Sampaoli aşpazı zorlayıb. Onun sözlərinə görə, federasiya bu məlumatın yayılmaması üçün əlindən gələni edib: “Sampaoli və aşpaz arasında nələrsə baş verib. Sadəcə, federasiya bu məlumatın yayılmaması üçün hər şey etdi. Sampaoli qadını zorlayıb. Ətrafımda hər kəs bunu bilir. Haqq-ədalət öz yerini tapmalıdır”.

Argentina dünya çempionatında İslandiya, Nigeriya və Xorvatiya ilə birgə D qrupunda qərarlaşıb.

Həmçinin oxuyun

Azərbaycan güləşçisi Paris-2024-ə vəsiqə qazandı – FOTO

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, Türkiyənin …