Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Bakının 11 yolunda tıxaca səbəb olan parklanma yerləri ləğv ediləcək

Bakının 11 yolunda tıxaca səbəb olan parklanma yerləri ləğv ediləcək

“Bakı şəhərində əsas nəqliyyat yükünü özündə cəmləşdirən 11 arterial yolda geniş miqyaslı işlərə start veriləcək”.

“APA-Economics” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, bu 11 yol 16 yol birləşməsini əhatə edir.

“Aparılan təhlillər onu göstərir ki, bu yolların kifayət qədər geniş olmasına, parametrlərinin orada nəqliyyat vasitələrinin rahat, maneəsiz hərəkət etməsinə imkan verməsinə baxmayaraq, təəssüf ki həmin yollarda olan qanunsuz parklanmalar və digər nişanlamalar, işıqforlarda olan müəyyən nöqsanlar həmin yolları keçilməz edir. Biz düşünürük ki, bu 11 yolda ilk növbədə parklanmanı ləğv etməklə, qadağan etməklə müsbət nəticələr əldə etmək mümkündür. İlkin hesablamalara görə, parklanmaların olmadığı həmin yollarda mövcud hərəkət zolaqları üzrə nəqliyyat vasitələri rahat şəkildə hərəkət edə bilərlər”, – deyə M.Ağayev əlavə edib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …