Çərşənbə , May 8 2024
Ana səhifə / Araşdırma / Ruslan Bəşirli: “Bunu edən yol polislərini işdən qovdurmayana qədər, əl çəkməyəcəm”

Ruslan Bəşirli: “Bunu edən yol polislərini işdən qovdurmayana qədər, əl çəkməyəcəm”

Bu gün tanınmış jurnalist, Avropa.info saytının Baş redaktoru Ruslan Bəşirlinin idarə etdiyi avtomobil qəzaya uğrayıb. Baş redaktor Azinforum.az saytına açıqlamasında bildirib ki, qəzada  təqsiri olmasa da, DYP əməkdaşları ona qarşı haqsızlıq edərək,  onu haqsız duruma salıblar. R. Bəşirli hadisəni belə təsfir edib:

“Deməli, bu gün səhər saatlarında avtomobilimlə Neftçilər xəstəxanasından Yusif Səfərov küçəsinə (Xətainin heykəli olan küçə) çıxdım. Həmin küçədə 6  zolaq var. Bu zolaqlardan  4-ü avtomobillərin düz xətti üçün, 2 zolaq  isə Xətainin heykəlinin yanından dönmə hərəkətini yerinə yetirmək üçün nəzərdə tutulub. Mən Xətainin heykəlinin yanından dönmə hərəkəti edərək geri qayıtmalı idim. Bu səbəbdən də , avtomobili 2-ci zolaqla  idarə edirdim. Elə təzəcə dönürdüm ki, 1-ci zolaqdan “Mercedes” markalı bir avtomobil sürətlə düz xətti üzrə hərəkət etdi. Yəni “Mercedes” dönmə hərəkəti deyil, qanunsuz olaraq Cavanşir körpüsü istiqamətinə hərəkət edirdi. Qısası, mənim dönmə etdiyim yolda qarşıma çıxdı, nəticədə qəza baş verdi. Mənim də,  onun da avtomobili əzildi. Yol polisi hadisə yerinə gəlidi, yol polisindən azca sonra “Mercedes”  sürücüsünün qohum – əqrabası gəldi, başladlılar mübahisəyə ki, səhv səndə olub. Mən dedim ki, yol polisi gəlib araşdıracaq. Hayküyə ehtiyac yoxdur. Bunun qohumlarından biri başladı ki, mən polisdə işləmişəm, hamı məni tanıyır. Həmin  adam telefonu götürüb başladı müxtəlif yerlərə zəng etməyə. Sığorta da gəldi,yazdı pozdu. Mən də Vaqif Əsədova zəng etdim ki, belə bir hadisə baş verib. Xahiş edirəm tapşırın düzgün araşdırsınlar. O da dedi ki, narahat olma. Nəsə, Bakı Şəhər Yol Polisi idarəsində 17-ci otaqda bizi qəbul etdilər. Mən içəri girən kimi orada olan 3 yol polisi əməkdaşı başlasdılar məni  təqsirli çıxarmağa. Dedim,  ay yoldaş,  mən dönmə hərəkəti edəndə bu “Mercedes” sürücüsü mənim qarşıma çıxıb, dönmə hərəkəti olan zolaqda maşını düz xəttlə idarə edib. Bu adamın heçmi təqsiri yoxdur? Deyirlər ki, düzdü, o qayda pozuntusu edib, amma təqsir səndədir. Deyirəm, kamera görüntülərinə baxmısınızmı? YoxŞ deyillər. Qısası, mənə cərimə yazdılar, avtomobilimi də özüm təmir etdirməliyəm. Amma izahatımda nə qədər dirənsələr də onların istədiyi kimi yazmadım.  Mənim təqsirim yoxdursa və mənə qanunsuz olaraq cərimə yazılıbsa, bunu edən yol polislərini işdən qovdurmayana qədər əl çəkməyəcəm. Bütün dövlət qurumlarına müraciət edib məsələni ictimailəşdirəcəm”.

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …