Şənbə , May 11 2024
Ana səhifə / Tibb / Ət xalının yandırılması xərçəng yaradır? – VİDEO

Ət xalının yandırılması xərçəng yaradır? – VİDEO

Son zamanlar Azərbaycanda papillomavirusa təmas yolu ilə yoluxma hallarının artdığı müşahidə olunur.

İddialara görə, bu infeksion yoluxma gələcəkdə onkoloji xəstəliklərə səbəb ola bilər.

Bəs bu xəstəliyin düzgün müalicəsi necədir?

Həkim Adil Qeybulla bildirib ki, dəridə olan xırda papillomalar adətən yandırılaraq götürülür:

“Ən təhlükəlisi qadınlardadır. Qadınlarda uşaqlıq boynunu zədələyir və uşaqlıq boynu xərçəngini törədir”.

Həkim Məlahət Qəhrəmanova isə qeyd edib ki, papillomavirusunu təbii üsullarla da müalicə etmək mümkündür:

“Analiz vasitəsilə araşdırılır, xəstəliyin papillomavirus və ya ət xalı olması dəqiqləşdirildikdən sonra düzgün müalicəsi aparıla bilər”.

Həkim onu da bidirib ki, papillomavirus üçün xüsusi vaksinlər mövcuddur.

Ətraflı Baku TV-nin süjetində:

Həmçinin oxuyun

Azərbaycanda 10 yaşlı qız 3-cü dəfə ürək əməliyyatı olunub – FOTO

Azərbaycanda 10 yaşlı qız 3-cü dəfə ürək əməliyyatına məruz qalıb. Həkimlər 2014-cü ildə Qubanın Möhüc …