Çərşənbə , May 15 2024
Ana səhifə / Şou Biznes / Toy sahibi Cavanşir Məmmədova bahalı üzük verdi (FOTO)

Toy sahibi Cavanşir Məmmədova bahalı üzük verdi (FOTO)

Əməkdar artist Cavanşir Məmmədov “Səhər-səhər” verilişinin qonağı olub.
 
Axşam.az-ın məlumatına görə, müğənninin barmağındakı qırmızı qaşlı böyük üzük diqqət çəkib.
Məmmədov bildirib ki, aparıcılıq etdiyi bir məclisdə ev sahibi ona bu üzüyü hədiyyə edib:
“Qızıldır, qaşı da brilyantdır. Getdim toyu apardım, qiymət də deməmişdim. Axırda gətirib zəhməthaqqımı verdilər. Sonra nəvəsi mənə zəng vurdu ki, sizi görmək istəyirəm. Gəldi, bağlı bir qutu verdi ki, nənəm göndərib. Açdım ki, bu üzük. Zərgərə apardım, dedi, təkrarolunmaz bir işdir”.

Həmçinin oxuyun

“Bakıdakı bütün evlər mənimdir” – Mahsun Qırmızıgül

Türkiyəli müğənni Mahsun Qırmızıgül Azərbaycana gəlib.  Axşam.az xəbər verir ki, sənətçi hava limanında junralistlərin “Bakıdan …