Çərşənbə , May 15 2024
Ana səhifə / Şou Biznes / Rüfət Aslanlı nə qədər maaş alır? – Açıqlama

Rüfət Aslanlı nə qədər maaş alır? – Açıqlama

Bu cür məlumatlar həqiqəti əks etdirmir. Bu səbəbdən şərhə ehtiyac görmürük.

Bu sözlər Axar.az-ın sorğusuna Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən cavabda əksini tapıb. Palata rəhbərliyinin aylıq əməkhaqları ilə bağlı yayılan qeyri-rəsmi xəbərlərə Palatanın cavabında bildirilib ki, bunun həqiqət olmasına inanmaq özü sadəlövhlükdür.

Palatadan rəsmi maaşlarla bağlı rəqəmlər isə açıqlanmayıb.

Qeyd edək ki, mətbuatda Palatanının Direktorlar Şurasının sədri Rüfət Aslanlının 65 min manat, müavinlərinin hər birinin 38000 və s. aylıq maaş aldığı barədə qeyri-rəsmi məlumat yayılıb. Bu məlumatların ardınca sözügedən rəqəmlərin həqiqətə bənzəmədiyini vurğulayan iqtisadçı ekspertlər Palatanın rəsmi açıqlama verməsinin və real rəqəmləri elan etməsinin şayiələrin qarşısını almaq üçün ən yaxşı yol olduğu haqda sosial şəbəkədən münasibət bildiriblər.

Həmçinin oxuyun

“Bakıdakı bütün evlər mənimdir” – Mahsun Qırmızıgül

Türkiyəli müğənni Mahsun Qırmızıgül Azərbaycana gəlib.  Axşam.az xəbər verir ki, sənətçi hava limanında junralistlərin “Bakıdan …

Bir cavab yazın