Ana səhifə / Şou Biznes / QAT-dan erməni müğənniyə etiraz – 10 nəfər həbs olundu

QAT-dan erməni müğənniyə etiraz – 10 nəfər həbs olundu

Qarabağ Azadlıq Təşkilatının üzvləri erməni əsilli müğənni Filipp Kirkorovun Bakıya gəlməsinə etirazlarını bildiriblər. Musavat.com xəbər verir ki, QAT üzvləri müğənninin dekabrın 10-da keçirilən konsertində etiraz şüarları səsləndiriblər.

Konsert keçirilən zala daxil olan QAT üzvləri Azərbaycan və rus dillərində “Erməni Filipp, rədd ol!”,- şüarları səsləndiriblər. Polislə qarşıdurma yaranıb və ondan artıq QAT üzvü həbs edilib.

QAT sədri Akif Nağı musavat.com-a bildirib ki, saxlanılanlar Səbael rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparılıblar: “Hazırda oraya gedirəm”.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın