Çərşənbə , May 15 2024
Ana səhifə / Şou Biznes / Ötən il 2967 nəfər adını və soyadını dəyişdirib
????????????????????????????????????

Ötən il 2967 nəfər adını və soyadını dəyişdirib

2016-ci ildə qeydiyyat orqanlarına adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı 2967 müraciət daxil olub və hamısı təmin edilib.

Bu barədə Ədliyyə Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumata qeyd edilib ki, adların dəyişdirilməsi onların pis məna verməsi, xoş səslənməməsi və gülünc olması ilə əlaqələndirilib.

Ədliyyə Nazirliyindən bildirilib ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

Statistik göstəricilərə görə ötən il yeni doğulmuş körpələrdən oğlan uşaqlarına Yusif, Hüseyn, Əli, Məhəmməd, Murad, Ayxan, Uğur, İbrahim, Tunar, qız uşaqlarına isə Zəhra, Nuray, Fatimə, Aylin, Zeynəb, Ayan, Məryəm, Mələk, Xədicə, Mədinə kimi adların verilməsi üstünlük təşkil edib.

Həmçinin oxuyun

Müğənni: “Oğluma deyirəm, qənaət etmə, 5 manatın varsa, xərclə”

“Qənaət etmək də lazım deyil. Anam məni ikinci dəfə doğmayacaq ki”. Bu sözləri “Elgizlə izlə” …

Bir cavab yazın