Ana səhifə / Şou Biznes / “O müğənniləri Moskva toylarına bazarda işləyənlər çağırır”

“O müğənniləri Moskva toylarına bazarda işləyənlər çağırır”

“Başlarında musiqi notu yox, cibində pul olanlar üçün oxuyurlar. Fəxr də edirlər ki, Moskva toylarına düşmüşəm”.

Axşam.az bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Tarixin bir günü” proqramında deyib. Müğənni Rusiyada toylarda oxuyan azərbaycanlı ifaçılardan danışıb.

O bildirib ki, “bayağı mahnı ifaçısı” kimi tanınanları musiqi savadı olmayanlar toya çağırır:

“Moskvadakılar yazıq olmasın. Buradan bir qaloşla gedib, bazarda meyvə satıb, indi pulları var. O demək deyil ki, musiqi bilir. Onlar Azərbaycan musiqisini ən aşağı səviyyədə bilənlərdir. Qara Qarayev vaxtında böyük mübarizə aparıb. Onun tənqid etməsindən hər zaman danışırlar. Qara Qarayev deyib ki, tənqidçiləri qızılaxtaranlara bənzədirəm. İndi tənqidçilərə canım qurban”. 

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …