Çərşənbə , May 15 2024
Ana səhifə / Şou Biznes / Musa və Təranənin qızı musiqi yarışmasında seçildi – Video

Musa və Təranənin qızı musiqi yarışmasında seçildi – Video

Müğənni Təranə Qumral və Musa Musayevin qızı Sevgim Musazadə ATV telekanalında yayımlanan “Azərbaycanın səsi – Bala” yarışmasında iştirak edib.

Belə ki, 11 yaşlı Sevgim türk mahnısı “Keskin bıçaq”ı səsləndirib. Münsif kürsüsündə əyləşən hər 3 jüri də onun ifasını bəyənib və düyməni basaraq, onu öz komandasına əlavə etmək istəyini bildiriblər.

Sevgim jurilərin hamısını sevdiyini bidirsə də, yarışmanı Əməkdar artist İntiqam Kərimovun komandasından davam etmək istədiyini söyləyib.

Qeyd edək ki, yarışmada digər münsif kürsüsündə Xalq artisti Nazpəri Dostəliyeva və müğənni Elnur Məmmədov əyləşib.

Yenisabah.az

Həmçinin oxuyun

Müğənni: “Oğluma deyirəm, qənaət etmə, 5 manatın varsa, xərclə”

“Qənaət etmək də lazım deyil. Anam məni ikinci dəfə doğmayacaq ki”. Bu sözləri “Elgizlə izlə” …