Ana səhifə / Şou Biznes / “Eurovision 2019”da şounu Azərbaycan bağlayacaq

“Eurovision 2019”da şounu Azərbaycan bağlayacaq

İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində ölkələrin hansı nömrə altında çıxış edəcəyi dəqiqləşib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan bu il bütün finalçıları müəyyənləşdirəcək gecənin bağlanışını edəcək.

Azərbaycanı müsabiqədə təmsil edən Çingiz Mustafazadə “Truth” adlı mahnı ilə 18-ci nömrə altında səhnəyə çıxacaq. O, ölkəmizi “Truth” (“Həqiqət”) mahnısı ilə təmsil edəcək.

Müsabiqənin birinci yarımfinalı mayın 14-də, ikinci yarımfinalı mayın 16-da, final isə mayın 18-də keçiriləcək.

 Ümumilikdə builki müsabiqədə 41 ölkə təmsil olunacaq.


Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …