Ana səhifə / Şou Biznes / “Elçin bəy, elə bildiniz ki, mən bunu udacam?” – Flora Kərimova

“Elçin bəy, elə bildiniz ki, mən bunu udacam?” – Flora Kərimova

Xalq artisti Flora Kərimova mərhum aktrisa Amaliya Pənahovanın vida mərasimində xalq yazıçısı Elçin Əfəndiyevlə aralarında yaranmış narazılığa münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Flora Kərimova dramaturqun ona arxasını çevirməyinin bütün millətə qarşı hörmətsizlik olduğunu bildirib.

“Demirəm ki, xalq artistiyəm, mənə arxa çevirmək olmaz?! Mən xalqın artistiyəm. Mənə arxa çevirmək adıma, daşıdığım rütbəyə və o adın arxasında duran, qiymət verən millətimə hörmətsizlikdir.

Elçin bəy, siz məni nə yerinə qoydunuz? Elə bildiniz ki, mən bunu udacam? Udmayacam! Buna görə 78 il başı uca gəzməmişəm”, – deyə xalq artisti qeyd edib.

Həmçinin oxuyun

“Aygünlə musiqinin sütunu getdi, Cavanşir isə…” – Firuzə İbadova

“Bu gün Cavanşir Məmmədovun qırx mərasimi idi. Sənət dostlarımız bir-bir aramızdan gedir. Əlbəttə ki, buna …