Şənbə , May 11 2024
Ana səhifə / Şou Biznes / Dilarənin model Rüstəmlə eşq məcarası təqdim olundu – Fotolar

Dilarənin model Rüstəmlə eşq məcarası təqdim olundu – Fotolar

“Avroviziya-2014” təmsilçimiz Dilarə Kazımova yeni klipi üçün təqdimat mərasimi keçirib. 

“Zeytun bağları” mahnısına çəkilən ekran işinin nümayişinə şou əhli qatılıb. Tədbirin ilk hissəsində klip qonaqlara təqdim olunub. 

Daha sonra Dilarə yeni işi barədə təəssüratlarını bölüşüb: “Mahnı həm musiqisi, həm də sözləri ilə hər kəsin ürəyinə yol tapdı. Klip ən ümdə hiss – sevgidən bəhs edir. Zeytun bağlarında görüşlə başlayan sevgi hekayəsini tərənnüm edir. Dünyanı sevgi xilas edəcək. Bu sloqanla yola çıxdıq, ərsəyə gözəl iş gəldi”. 

İkinci hissədə isə qonaqlara musiqi və rəqslərdən ibarət mini-konsert təqdim olunub. 

Qeyd edək ki, sözləri və musiqisi Cavid Şahbazbəyova məxsus olan mahnının səs uzlaşması Oleq Naumov, aranjimanı isə Est-on by Tonimusicband tərəfindən hazırlanıb. Klipə Fuad Əlişov ekran həyatı verib.  Musavat.com

Həmçinin oxuyun

Müğənni Ziba Osmanlı qəza törətdi – 16 yaşlı qız yaralandı

Suraxanı rayonunda baş verən yol nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.  Mayın 8-də Suraxanı rayon ərazisində …