Ana səhifə / Şou Biznes / Bakıda eyvanlar “Formula 1” üçün icarəyə verilir – VİDEO

Bakıda eyvanlar “Formula 1” üçün icarəyə verilir – VİDEO

23-25 iyun tarixləri arasında Bakıda keçiriləcək “Formula 1” yarışlarına az qalmış trekin keçdiyi ərazilərdə yarış zolağına baxan eyvanlara maraq artıb. Həmin evlərin sakinləri belə eyvanları icarəyə vermək üçün hazırlıqlara başlayıblar. Onlar artıq müştəri axtarışına da çıxıblar. Belə eyvanlardan yarışı izləyənlərə çay, kofe, hətta istəsələr yemək də təklif olunacaq.

Ev sahibləri deyirlər ki, ötən il müştəri tapmaqda çətinlik çəkiblər. Bu ilə isə bəzi səyahət şirkətləri belə evlərlə maraqlanmağa başlayıblar.

Qiymətlər isə qarşılıqlı razılıq əsasında müəyyənləşdiriləcək. Üstəlik, eyvanlarda televizor da qoyulacaq ki, qonaqlar trekin görünməyən ərazilərini izləyə bilsinlər.

“Formula 1” əməliyyat komitəsinin sözçüsü Nigar Arpadarai deyib ki, belə eyvanların sakinlər tərəfindən icarəyə verilməsində heç bir qadağa yoxdur. Sadəcə ev sahibləri hər hansı yad əşyanın oyun zolağına atılmamasına diqqət etməlidirlər. Əks halda bu şəxslər məsuliyyətə cəlb ediləcəklər.

VIDEO

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın