Ana səhifə / Sosial / TƏBİB rəsmisi: “Vəziyyət yenidən pisləşə bilər”

TƏBİB rəsmisi: “Vəziyyət yenidən pisləşə bilər”

Karantin rejiminin yumşaldılması ilə yoluxma sayı artıb. Uzun müddət ciddi karantin rejimində yaşamaq da mümkün deyil.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 11-17 may tarixləri arasında 755 yoluxma olub və bu, bir həftə üçün böyük nəticədir.

“Biz karantin qaydalarını yumşaldırıq. Lakin tibbi olaraq bu gündən sonra nə baş verəcəyi insanlardan asılıdır. Xəstə sayı artarsa, onlara yetəri qədər xidmət göstərmək çətin olacaq. Modul tipli xəstəxanaların açılması ilə çarpayı sayı artıb, son avadanlıqlar gətirilib, maska ilə problemimiz qalmayıb. Vətəndaşlar qaydalara əməl etməsə, vəziyyət yenidən pisləşə bilər”. Azvision.az

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …