Cümə axşamı , May 9 2024
Ana səhifə / Sosial / Türkiyədə əcnəbilər arasında ən çox azərbaycanlı qadınlar boşanır – Rəsmi

Türkiyədə əcnəbilər arasında ən çox azərbaycanlı qadınlar boşanır – Rəsmi

Ötən il Türkiyə vətəndaşı olan kişilərlə evil olan 490 azərbaycanlı qadın və Türkiyə vətəndaşı olan qadınlarla evil olan 28 azərbaycanlı kişi boşanıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən il ərzində Türkiyə vətəndaşından boşanan azərbaycanlı qadınların sayı 2022-ci illə müqayisədə 2,5% və ya 12 nəfər artıb.
Türkiyə vətəndaşlarından boşanan əcnəbi qadınlar arasında azərbaycanlı qadınlar 1-ci sırada qərarlaşıb.
Növbəti yerlərdə 422 boşanma ilə Almaniya, 368 boşanma ilə Suriya, 349 boşanma ilə Özbəkistan, 210 boşanma ilə Mərakeş, 201 boşanma ilə Rusiya, 173 boşanma ilə Ukrayna vətəndaşları gəlir.
Ötən il Türkiyə vətəndaşı olan qadınlarla evil olan və boşanan azərbaycanlı kişilərin sayı da artıb. Son bir il ərzində Türkiyə vətəndaşından boşanan azərbaycanlı kişilərin sayı 33% və ya 7 nəfər artıb. Azərbaycanlılar bu göstəriciyə görə 8-ci sırada qərarlaşıblar. Türkiyə vətəndaşı olan qadınlardan ən çox Almaniya (250 boşanma), Suriya (82 boşanma), Avstraliya (49 boşanma) və İran (25 boşanma) vətəndaşı olan kişilər boşanıb.
Son 9 ildə Türkiyə vətəndaşlarından boşanan Azərbaycan vətəndaşı olan qadın və kişilərin sayı belə olub:

Həmçinin oxuyun

Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı (VİDEO)

“Dönərxanalarla bağlı agentlikdə daha genişmiqyaslı tədbirlər həyata keçirilir”. Bunu Baku TV-yə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi …