Ana səhifə / Sosial / Tikinti şirkəti ilə sakinlər arasında qalmaqal: ƏDV üçün ödəniş çeki niyə verilmir? – Video

Tikinti şirkəti ilə sakinlər arasında qalmaqal: ƏDV üçün ödəniş çeki niyə verilmir? – Video

“Baku TV” qaynar xəttinə müraciət edən bir qrup sakin ödəniş edərək mənzil aldıqlarını, lakin onlara şirkət tərəfindən ödəniş çekinin verilmədiyini bildiriblər.

Şikayətçilərin sözlərinə, şirkət onlara portalın olmadığını, problem həll olunan kimi məlumat veriləcəyini deyib.

Amma bir müddət sonra yenidən məsələ ilə bağlı müraciət edildikdə isə bildirilib ki, 90 gün keçib, artıq gecdir.

Şikayətçi bildirib ki, dəfələrlə mənzili aldığı gündən satış meneceri ilə əlaqə saxlayıb, banka yaxınlaşıb:

“Mənə bu iş üzrə danışıqlar getdiyini, Vergilər Nazirliyi ilə işlərin aparıldığı deyilib. Nəticədə təxminən beş ay sonra bu işlə bağlı yenidən müraciət etdikdə satış ofisindən mənə deyildi ki, siz gecikmisiniz, Vergilər Nazirliyinə yaxınlaşın. Orada isə mənə söylədilər ki, siz 90 günü ötürmüsünüz. Bu sizə aid deyil”.

Şirkətdən isə bildirilib ki, alıcılar 90 gündən gec olmayaraq portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və müvafiq sənədləri göndərməli idilər.

Əfsuslar olsun ki, alıcıların əksəriyyəti sənədlərin göndərilməsində gecikmələrə yol verib. Şirkətin satış şöbəsinin əməkdaşı deyir ki, müvafiq qaydalara uyğun olaraq məsələ araşdırılacaq.

Qeyd edək ki, bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı müvafiq portal 21 noyabr 2022-ci ildən istifadəyə verilib.

Ətraflı Baku TV-nin süjetində:

Həmçinin oxuyun

İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir

2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi …