Bazar ertəsi , May 13 2024
Ana səhifə / Sosial / Tibb Universitetinin 3 tələbəsi yol qəzasında həlak olub

Tibb Universitetinin 3 tələbəsi yol qəzasında həlak olub

Azərbaycan Tibb Universitetinin (ATU) 3 tələbəsi avtomobil qəzasında dünyasını dəyişib.

Bu barədə ATU-nun mətbuat katibi Günel Aslanova məlumat yayıb. O bildirib ki, bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi – Tuncay Məmmədov, Sahil Əlirzayev və Yeganə Məmmədova həlak olublar:

“Digər tələbəmiz İlkin Ağamirzəyev ağır yaralanıb. Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVID-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar”.

Qeyd edək ki, dünyasını dəyişən Tuncay Məmmədov və Sahil Mustafazadə ATU-nun V kurs tələbələri, Yeganə Məmmədova isə Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olub. Hazırda həyatı uğrunda mübarizə aparılan İlkin Ağamirzəyev isə ATU-nun V kurs tələbəsidir.

Həmçinin oxuyun

Normalara uyğun olmayan avtomobillərin sürücüləri cərimələnəcəklər – VİDEO

Daxiliyanma mühərrikli avtomobillərin düzgün işləməməsi atmosferə ciddi təsir edir. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) …