Şənbə , May 18 2024
Ana səhifə / Sosial / Ölkədə yayılan nədir: Qızılca, yoxsa skarlatin?

Ölkədə yayılan nədir: Qızılca, yoxsa skarlatin?

Bir ildə qızılcadan ölüm halları kəskin şəkildə artıb.

Xəstəlikdən həyatını itirənlər isə daha çox azyaşlılar və yeniyetmələrdir.

Lakin yayılan iddialara görə, ölüm halı qızılcadan yox, qızılcaya bənzər skarlatinadan baş verir.

Məhz skarlatina da qızdırma, intoksikasiya, angina və çox miqdarda nöqtəvari səpgilərlə müşayiət olunan kəskin infeksion xəstəlikdir. 

Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, qızılca ilə skarlatina infeksiyalarını bir-birindən ayırmaq, müəyyən etmək çox çətindir:

“Qızılcadan ölüm hallarının əksəriyyəti müalicə almadıqda baş verir. 4-5 gün ərzində ağırlaşmalar baş verir, mikroblar bədənə yayıldıqda aparılan tədbirlər də effekt vermir.

Skarlatina ilə qızılca bir-birinə bənzəyir. Qan analizi ilə onları ayırmaq, müəyyən etmək mümkün olmur. Yalnız səpkilərin vəziyyəti ilə bunu müəyyənləşdirmək mümkündür. Əslində o səpkilərin meydana çıxması, xəstədə baş verən temperatur halları orqanizmindən götürülməlidir. 

Ümumiyyətlə, bu xəstəliklər yüksək ölüm faizi verən xəstəliklər deyil. Difteriya deyil ki, o saat xəstəni öldürə. Bunlar müalicəyə tam tabe olan xəstəliklərdir. Sadəcə, müalicə prosesi düzgün aparılmayanda ölüm halı baş verir”.

Onun sözlərinə görə, bu xəstəliklər yoluxucu olsa da, öldürücü deyil:

“Kimlərdəsə immun sistemində çox pozğunluq olarsa, orqanizmə  daxil olan infeksiya onu böyük fəsad törədib məhv edə bilər. Bu da milyonda bir olacaq bir şeydir. 

Qızılca və qızılcaya bənzər xəstəliklər bunların ağırlığı xəstəliyin gedişi ilə müəyyən olunmur. Yayılma sürəti yüksək olduğuna görə bu xəstəliklər cəmiyyətdə həmişə problem törədir. 

Yoxsa o xəstəliyin özündə o qədər ağırlıq yoxdur ki, həmin an öldürsün. Müalicə alan xəstələrin hər birində sağalma prosesi gedir, ağırlaşma olmur. Məsələ vaxtında üstünə düşməkdir”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər nə qədər artacaq?

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr …