Bazar ertəsi , May 6 2024
Ana səhifə / Sosial / Nazarbayev Qarabağ üzrə təşəbbüslər hazırlayır

Nazarbayev Qarabağ üzrə təşəbbüslər hazırlayır

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qarabağ probleminin nizama salınması üzrə yeni təşəbbüslər hazırlayacaq. Bunu virtualaz.org-un hazırda Astanada olan müxbiri Zaur Rəsulzadə ilə söhbətində Qazaxıstan parlamentinin deputatı Axan Bijanov deyib.

“Qazaxıstan Qarabağ münaqişəsinin həllində öz vasitəçilik fəaliyyətini gücləndirmək niyyətindədir. Bu problemin mövcudluğu Astananı narahat edir və onun həm Ermənistanla, həm də Azərbaycanla münasibətlərdə diplomatik sahəsini daraldır.

Azərbaycan — bizim qardaş ölkəmizdir, Ermənistanla isə biz inteqrasiya layihələri çərçivəsində partnyoruq. Buna görə də Qazaxıstan Qarabağ probleminin həllində kömək etməyə çalışacaq”, – deyə A.Bijanov vurğulayıb.

Həmçinin oxuyun

Bu şirkət əmək hüquqlarının pozulmasına görə cəzalandırıldı

“Pixeltec” MMC-yə inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …

Bir cavab yazın