Ana səhifə / Sosial / Nə qədər pensiya artımları gözlənilir?

Nə qədər pensiya artımları gözlənilir?

2022-ci ildə 839,4 manat olan orta aylıq nominal əmək haqqı 2023-cü ildə 930 manat olması proqnoz edilir. Bu isə o orta aylıq nominal əmək haqqının 10,7 faiz artması deməkdir.

Buna görə də, gələn ilin əvvəlində pensiyaların 11% artırılacağını söyləmək olar.

2024-cü ildə isə orta aylıq nominal əmək haqqının 5,37 faiz artaraq 980 manata çatacağı proqnoz edildiyi üçün 2025-ci ilin yanvarında pensiyaların daha 6 faiz artırılacağını ehtimal etmək olar.

Sadə rəqəmlərlə ifadə etsək deyə bilərik ki, bu gün 400 manat pensiya alan 2024-cü ilin yanvarın 1-dən 444 manat, 2025-ci ilin yanvarın 1-dən isə 470 manat pensiya alacaqdır.

Əlbəttə, bu, verilən orta aylıq nominal əmək haqqı proqnozlarına görə olan hesablamalardır. 2024-cü ilin əvvəlində gözlənilən 11 fazilik artımın baş vermə ehtimalı daha çox, 2025-ci ilin əvvəlinə isə bir neçə faizli nisbi xəta mümkündür.//valyuta.az/

Həmçinin oxuyun

Pensiya və müavinətlər nə qədər artacaq?

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr …